Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə Azərbaycan Qadınlarının VI Qurultayına hazırlıq toplantısı keçirilmişdir.

03 oktyabr 2023 | 09:03

Oktyabrın 2-də Ağcabədidə Ulu Öndər heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş Azərbaycan Qadınlarının VI Qurultayına hazırlıqla bağlı rayon qadınlarının toplantısı keçirilib.

Tədbirdən öncə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzülüb, xatirəsi ehtiramla anılıb. Sonra Qəhrəmanlar Parkında şəhidlərimizin xatirəsinə ucaldılmış abidə və şəhid məzarları ziyarət edilib.
Ağcabədi Bayraq Muzeyində davam edən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib. Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının müavini –İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsalə Məmmədova yığıncaqla bağlı ətraflı məlumat verərək bildirib ki, gündəliyə Ağcabədidə erkən nikah, məişət zorakılığına qarşı mübarizə, qadınların problemləri, gender bərabərliyi istiqamətində görülən işlər və qarşıda duran vəzifələr daxil edilib. O, toplantıya rayonda müxtəlif sahələrdə çalışan fəal qadınlar, şəhid anaları, qeyri hökümət təşkilatları və media nümayəndələrinin dəvət olunduğunu diqqətə çatdırıb.
Sonra söz çıxışçılara verilib. Ağcabədi Qadın Resurs Mərkəzinin rəhbəri Gülşən Qasımova, Vətən müharibəsi şəhidi Xəyal Həziyevin anası Məlahət Həziyeva, “Aran” qəzetinin redaktoru, Ağcabədi bələdiyyəsinin Gender bərabərliyi komissiyasının sədri Məhsəti Musa, Ağcabədi rayonu üzrə Təhsil sektorunun məsləhətçisi Nərminə
Əmirova, “Gənclər üçün Təhsil Mərkəzi” Qarabağ regional ofisinin rəhbəri Radə Qafarova, Ağcabədi Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin müdiri Məhəbbət Əliyeva, Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının Ginekologiya şöbəsinin mama ginekoloqu İradə Abbasova, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qarabağ regional ofisinin İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Ləman Zeynalova, Hindarx qəsəbə 3 saylı ümumi orta məktəbin direktoru Kəmalə Zeynalova çıxış edərək görülən işlərdən söz açıb, müəyyən problemlərdən danışaraq bu məsələlərin həlli ilə bağlı fikir və təkliflərini irəli sürüblər.
Yekunda açıq səsvermə yolu ilə Azərbaycan Qadınlarının VI Qurultayına nümayəndələr seçilib.

Keçidlər