Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə “Azərbaycan gəncləri, Azərbaycanın gələcəyi” başlığı altında ümumrayon toplantısı keçirilmişdir.

02 fevral 2024 | 18:34

    02 fevral 2024-cü il tarixdə Ağcabədi Rayon İcra Hakimiyyətinin, Qarabağ Regional Gənclər və İdman İdarəsinin Ağcabədi rayonu üzrə gənclər və idman sektorunun, Səfərbərlik  və Hərbi Xidmətə  Çağırış  üzrə  Dövlət  Xidmətinin Ağcabədi Rayon Şöbəsinin birgə təşkilatçılığı ilə Rayon İcra Hakimiyyətinin binasında ”2 Fevral-Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş “Azərbaycan gəncləri, Azərbaycanın gələcəyi” başlığı altında ümumrayon toplantısı keçirilmişdir.

    Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov, Qarabağ Regional Gənclər və İdman İdarəsinin Ağcabədi rayonu üzrə gənclər və idman sektorunun müdiri Rüfət Quliyev, Səfərbərlik  və Hərbi Xidmətə  Çağırış  üzrə  Dövlət  Xidmətinin Ağcabədi Rayon  Şöbəsinin rəisi,  polkovnik – leytenant  Qabil  Rzayev,  şəhər, qəsəbə və  kəndlərdən olan fəal gənclər, qazilər, idmançılar, könüllülər, fermer və sahibkarlar, təhsil, mədəniyyət, səhiyyə  və digər sahələrdə çalışan gənclər  iştirak etmişdir.

    Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilmiş, Ulu Öndərimiz Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.

    “2 Fevral - Azərbaycan  Gəncləri günü” münasibəti ilə keçirilən ümumrayon toplantısını Qarabağ Regional Gənclər və İdman İdarəsinin Ağcabədi rayonu üzrə gənclər və idman sektorunun müdiri Rüfət Quliyev giriş sözü ilə açaraq geniş məruzə ilə çıxış edib.

    Sonra Vətən müharibəsi qazisi Niyaz Bayramlı, Ağcabədi Regional “ASAN Xidmət” Mərkəzinin könüllüsü Leyla Rüstəmli, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının Tələbə Gənclər Təşkilatının sədri Fəxriyyə Cəfərli, “Taekvondo idman növü üzrə gənclər arasında Azərbaycan çempionatının qalibi Bahar İbrahimova, Ağcabədi Pedaqoji Kollecinin tələbəsi, fəal gənc Ləman Nəzərova məruzə ətrafında çıxış etmişlər.

      Daha sonra Səfərbərlik  və Hərbi Xidmətə  Çağırış  üzrə  Dövlət  Xidmətinin Ağcabədi Rayon  Şöbəsinin rəisi,  polkovnik – leytenant  Qabil  Rzayev tədbirdə çıxış edərək gəncləri əlamətdar gün münasibəti ilə təbrik etmişdir.

    Ümumrayon toplantısı zamanı Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov “2 Fevral - Azərbaycan Gəncləri Günü” münasibətilə gəncləri təbrik nitqi ilə çıxış etmiş, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər siyasətinin bu gündə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulamışdır.

    Tədbirin sonunda 2 Fevral - Azərbaycan Gəncləri günü münasibətilə Rayon İcra Hakimiyyəti, Qarabağ Regional Gənclər və İdman İdarəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Ağcabədi rayon komitəsi tərəfindən rayonun ictimai-siyasi həyatında fəal iştirak edən gənclərə Fəxri Fərmanlar təqdim edilmişdir.

Keçidlər