Ağcabədidə Atletika üzrə rayon turniri keçirilmişdir
18 noyabr 2022 | 11:02
17 noyabr 2022-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman
İdarəsinin və Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə “17
Noyabr–Milli Dirçəliş Günü”nə həsr olunmuş Atletika idman növü üzrə
rayon turniri keçirilmişdir.
Ağcabədi Olimpiya İdman Kompleksində keçirilən rayon turniridə 47
nəfər idmançı iştirak etmişdir. Turnir 100 metr məsafəyə qaçış olmaqla
uşaq və yeniyetmələr arasında arasında keçirilmişdir.
Turnirin yekununda ən yüksək nəticələri göstərərək I, II və III yerləri
tutmuş idmançılara Ağcabədi Rayon Gənclər və İdman İdrəsi tərəfindən
diplomlar təqdim edilmişdir.