Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə atletika üzrə rayon turniri keçirilib.

24 noyabr 2023 | 17:00

24 noyabr 2023-cü il tarixdə Qarabağ Regional Gənclər və İdman İdarəsinin Ağcabədi Rayonu üzrə Gənclər və İdman Sektoru və Qarabağ Regional Təhsil İdarəsinin Ağcabədi Rayonu üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə məktəblilər arasında atletika (100 m məsafəyə qaçış) üzrə rayon turniri keçirilmişdir. Turnir “Heydər Əliyev İli” nə həsr olunmuşdur.

    Ağcabədi Olimpiya İdman Kompleksində keçirilən rayon turniri VII-XI sinif məktəbli oğlan və qızlar arasında keçirilmişdir.  Gərgin və maraqlı idman mübarizəsi ilə yadda qalan yarışda 12 komandadan 96 nəfər iştirak etmişdir.

   Sonda I,II, III yerləri tutan komandaların iştirakçılarına Qarabağ Regional Gənclər və İdman İdarəsinin diplom və medalları təqdim edilmişdir.

Keçidlər