Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə Atletika üzrə istedadlı uşaqların müəyyən edilməsi layihəsi baş tutub.

12 oktyabr 2022 | 14:19


Azərbaycan Atletika Federasiyası tərəfindən 11 oktyabr 2022-ci il tarixdə keçirilən
Atletika üzrə istedadlı uşaqların müəyyən edilməsi layihəsi Ağcabədi Rayon Gənclər və
İdman İdarəsi, Qarabağ Regional Təhsil İdarəsinin Ağcabədi rayonu üzrə təhsil sektoru və
Ağcabədi Olimpiya İdman Kompleksinin təşkilati dəstəyi ilə həyata keçirilmişdir. Layihə
çərçivəsində uşaqlar uzunluğa tullanma, top atma və 30m məsafəyə qaçış üzrə öz
güclərini sınamışdır. Yekunda qalib və mükafatçılara medallar, diplomlar və hədiyyələr
təqdim olunmuşdur.
Layihə Ağcabədi Olimpiya İdman Kompleksidə baş tutmuşdur.

Keçidlər