Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (02127) 164; (021) 275-48-06

Ağcabədidə aqrar sahənin inkişaf etdirilməsi üçün müasir təsərrüfatların yaradılması istiqamətində məqsədyönlü işlər aparılır.

02 iyun 2025 | 17:00

Pambıqçılıq dirçəldilir, "ağ qızıl" istehsalı ilə məşğul olan rayonlarda işsizlik problemi həll edilir. 2015-ci ildən başlayaraq Azərbaycanda istehsal edilən mahlıc dünya bazarlarına çıxarılır. Pambıqçılığın inkişafı üçün dövlət başçısının qarşıya qoyduğu vəzifələr yerinə yetirilir, tapşırıq və tövsiyələri icra edilir. Qeyd edək ki, ulu öndər Heydər Əliyevin birinci hakimiyyəti dövründə ölkəmizdə pambıq istehsalında ən yüksək hədd qeydə alınıb. Belə ki, 1981-ci ildə respublikamızda pambıq istehsalı bir milyon tona çatdırılıb.

Hazırda Azərbaycanda 20 rayonda pambıq əkilir və bu rayonlarda 200 minə yaxın insan "ağ qızıl"ın becərilməsinə və yığılmasına cəlb edilib. Qarabağ iqtisadi rayonunda ən iri kənd təsərrüfatı məhsullarının istehsalçısı olan Ağcabədidə də aqrar sahənin inkişaf etdirilməsi üçün müasir təsərrüfatların yaradılması istiqamətində məqsədyönlü işlər aparılır, dövlət qayğısı sayəsində fermerlər keyfiyyətli məhsul istehsalını ilbəil artırırlar. Münbit torpaqları, əməksevər insanları, halal zəhmətlə ucalan və keçmiş şöhrəti bərpa edən əmək adamları ilə tanınan rayonda kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində yaxşı ənənələr yaranıb. Kənd təsərrüfatı məhsulları istehsalçılarına davamlı dövlət dəstəyi rayonun aqrar həyatına böyük canlanma gətirib. Prezident İlham Əliyevin respublikada kənd təsərrüfatının və sahibkarlığın inkişafı, yerli istehsalın artırılması, idxaldan asılılığın azaldılması, əhalinin məşğulluğunun yüksəldilməsi, torpaq sahələrindən səmərəli istifadə olunması barədə tapşırıq və tövsiyələri uğurla icra olunur. Respublikamızın ən iri pambıqçılıq rayonlarından olan Ağcabədidə çiyid səpini başa çatıb. "Prime Cotton" MMC, "Azərpambıq" MMC, "P-Agro" MMC, "Cotton Trade" MMC, "Hüseyn Pambıq İK" MMC və "Azərşəkər" MMC ilə müqavilə əsasında 11 min 780,81 hektar sahədə çiyid səpini həyata keçirilib. Əkin sahələrindən yüksək məhsul əldə etmək üçün aqrotexniki tələblərə düzgün və ardıcıl əməl olunması diqqət mərkəzində saxlanılır. Artıq səpin aparılmış ərazilərin 11 min 138 hektarında çıxış alınıb. Hazırda sahələrdə becərmə işləri aparılır. Bu günədək 4977,87 hektarda birinci kultivasiya işləri görülüb, 5772,17 hektar sahə gübrələnib, 5944,3 hektar sahə dərmanlanıb. 2024-cü ildə Ağcabədi rayonunda 13 min 112 hektar sahədə pambıq əkilib, 37 min 277 ton məhsul istehsal edilib, orta məhsuldarlıq 28,4 sentner olub.

Pambıqçılıqdan qazandıqları qazancla öz ailə-məişət problemlərini yüksək səviyyədə həll edən, əmək qəhrəmanı kimi şan-şöhrət qazanan, orden və medallarla təltif olunan insanların yaratdıqları yaxşı ənənə bu gün də yaşayır. Pambıq bitkisinin gövdəsi də, çiyidi də, ləçəyi də dəyərlidir. Belə ki, pambıq mahlıcı toxuculuq sənayesində ən əhəmiyyətli təbii xammaldır. Çiyiddən alınan bitki yağı məişətdə əsas yerlərdən birini tutur, ondan hazırlanan jmıx isə heyvandarlıqda qüvvəli yem kimi əvəzedilməzdir, gövdəsindən də kənd adamları yanacaq kimi istifadə edirlər. Rayonda əvvəlki illərdə olduğu kimi, şum, arat, mala, gübrələmə, suvarma, kultivasiya, zərərverici və xəstəliklərə qarşı mübarizə kimi aqrotexniki tədbirlər vaxtında aparılır.

Keçidlər