Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə Antiterror əməliyyatları şəhidlərinin ildönümü mərasimi keçirilib

23 sentyabr 2024 | 09:10

Artıq antiterror əməliyyatlarından bir il ötür. Ağcabədi rayonundan da həmin tədbirlər zamanı şəhidlik zirvəsinə ucalan oğullarımız oldu.

Sentyabrın 20-si, 22-si və 23-də rayon rəhbərliyi, həmçinin hüquq-mühafizə orqanları və bir sıra idarə-müəssisələrin rəhbərləri antiterror tədbirləri zamanı şəhid olan Röyal Məmmədov, Nofəl Yusibli, İsgəndər Museyibli, Vilayət Əhmədov, Mahir Cəfərov, Tuncay Əlizadə və Əlimərdan Qəhrəmanovun ildönümü mərasimlərində iştirak ediblər.
Qeyd edək ki, həmin günlərdə həmçinin şəhdlərimizin məzarları ziyarət olunub, ruhlarına dualar oxunub, xatirələrinin hər zaman qəlblərdə yaşayacağı bildirilib.
Keçidlər