Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə ali məktəblərə qəbul olunmuş tələbələrlə görüş keçirilib

12 sentyabr 2022 | 10:59

Sentyabrın 10-da Ağcabədi “ASAN xidmət” Mərkəzində  qəbul imtahanlarında yüksək bal toplayaraq ali məktəblərə qəbul olunmuş gənclərlə görüş keçirildi.

  Görüşdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Milli Məclisin deputatı Aqil Abbas, Qarabağ Regional Təhsil İdarəsinin Ağcabədi rayonu üzrə Təhsil sektorunun nümayəndələri, rayonun ümumtəhsil məktəblərinin direktorları, valideynlər iştirak edirdi.

 Tədbiri giriş sözü ilə açan RİH başçısı Rafil Hüseynov tələbə adını qazanmış gəncləri, onların valideynlərini və müəllimlərini təbrik edib. Çıxışında bir çox məsələlərə toxunan rayon rəhbəri 500-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olan gənclərin sayının artmasının, o cümlədən, qəbullarda qızların sayının üstünlük təşkil etməsinin də sevindirici hal olduğunu vurğulayıb.

   Sonra millət vəkili Aqil Abbas gəncləri təbrik edib. Qarabağ Regional Təhsil İdarəsinin Ağcabədi rayonu üzrə Təhsil sektorunun Metod Mərkəzinin direktoru Əli Əhmədovun məruzəsində isə əldə edilmiş uğurlarla yanaşı müəyyən nöqsanlara da toxunulub.

    Məruzədən sonra şəhər  5 saylı tam orta məktəbinin direktoru Fəridə Allahverdiyeva, 616 balla Azərbaycan Tibb Universitetinə qəbul olunmuş, şəhid övladı Elton Xudaverdiyev, 697,5 balla Birgə Azərbaycan-Fransa Universitetinə qəbul olunmuş  Nərmin Sadıqlının atası Arif Sadıqov, 610 balla Azərbaycan Tibb Universitetinə qəbul olunmuş Sona Nağızadə,  603 balla Bakı Dövlət Universitetinə qəbul olunmuş Davud Baxışalıyev çıxış edərək, qazanılan nailiyyətlərlə bağlı fikirlərini bölüşüb,  gənclərin təhsil alması üçün ölkəmizdə yaradılan yüksək şəraitə, göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə  minnətdarlıqlarını ifadə ediblər.

    Daha sonra  bir qrup tələbəyə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən birdəfəlik maddi mükafat və fəxri fərmanlar təqdim edilib.  Həmçinin  bildirilib ki, 5 nəfər tələbə bir tədris ili müddətində  RİH başçısı tərəfindən aylıq təqaüdlə təltif  olunublar.

Keçidlər