Ağcabədidə ağacəkmə işləri həyata keçirilib
06 mart 2025 | 19:36
Azərbaycan Respublikasında 2025-ci ilin “Konsititusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı tədbirlər planına müvafiq olaraq martın 6-da Ağcabədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ağcabədi-Beyləqan magistral yolunun sol hissəsində ağacəkmə işləri həyata keçirilib. Əkin zamanı burada meşə cinsinə aid 300 ədəd göyrüş ağacı əkildikdən sonra aqrotexniki qaydada suvarılıb. Cari il ərzində müəyyən edilmiş tədbirlər planına uyğun olaraq Ağcabədi rayonunda ağacəkmə tədbirləri bundan sonra da nəzərdə tutulur.
Qeyd edək ki, 2024-cü ilin “Yaşı dünya naminə həmrəylik İli” elan olunması ilə bağlı il ərzində rayon ərazisində müxtəlif tədbirlər, aksiyalar, iməciliklər də həyata keçirilib.