Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə ağacəkmə aksiyasına start verilib

21 oktyabr 2024 | 14:57
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Ağcabədidə ağacəkmə aksiyasına start verilib. Oktyabrın 19-da başlayan aksiyada rayon rəhbərliyi, idarə, müəssisə və təşkilatlarının kollektivləri, könüllülər, sosial işçilər iştirak ediblər.
Aksiya çərçivəsində Bəhrəmtəpə magistral yolunun Ağcabədi rayonun Qaradolaq kəndi ərazisində əsasən həmişəyaşıl, eldar şamı və tuya olmaqla 500 ədəd müxtəlif növ ağac əkilib.
Qeyd edək ki, “Yaşıl dünya naminə həmrəylik” ili çərçivəsində rayon ərazisində yaşıllıqların artırılması məqsədilə bu kimi tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.
Keçidlər