Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə ağacəkmə aksiyası keçirilib

03 mart 2024 | 12:32

Ölkə Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik İli” elan olunması ilə bağlı Ağcabədi rayonunda mütəmadi olaraq iməcilik-təmizlik işləri, eyni zamanda ağacəkmə aksiyaları davam edir. Növbəti ağacəkmə aksiyası martın 2-də Bəhramtəpə-Mingəçevir magistral yolunun Hacıbədəlli kənd ərazisində və rayonun “Zəfər” prospektində həyata keçirilib.

Aksiyada Ağcabədi rayon icra hakimiyyətinin məsul şəxsləri, Ağcabədi Kommunal Xidmətləri və Mənzil İstismarı idarəsi, Ağcabədi Suvarma Sistemləri İdarəsi, Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri idarəsi, Ağcabədi Yaşıllaşdırma və İşıqlandırma idarəsi, Ağcabədi Telekommunikasiya Qovşağı, habelə rayonun ümumorta məktəblərinin kollektivləri iştirak ediblər. Təxminən 300 nəfərin qatıldığı aksiyada adları çəkilən ərazilərdə 1000-dən çox Eldar şamı və müxtəlif meşə ağacları əkilib.
Aksiya iştirakçıları eyni zamanda burada iməcilik-təmizlik işləri də aparıblar. Belə ki, yolkənarı ərazilər zərərli alaq otlarından, həmçinin zibillərdən təmizlənib.
Ağacəkmə aksiyalarının və iməcilik işlərinin növbəti həftələrdə də həyata keçirilməsi nəzərdə tutulur.
Keçidlər