Ağcabədidə ağacəkmə aksiyası bu həftə də davam etdirildi
05 aprel 2025 | 20:23
“Konstitusiya və suverenlik ili ” çərçivəsində Ağcabədidə ağacəkmə aksiyası davam etdirilir. Növbəti belə aksiya aprelin 5-də Mingəçevir-Bəhrəmtəpə magistral yolunun 106-cı kilometrliyində Aşağı Avşar kəndi ərazisində keçirilib. Aksiyada Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı, rayon icra hakimiyyətinin əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri iştirak ediblər. Burada 300 ədəd Eldar şamı ağacı əkilib.
Qeyd edək ki, rayon ərazisində yaşıllıqların artırılması məqsədilə bu kimi tədbirlər davam etdiriləcəkdir.
Ağacəkmə aksiyasından sonra rayon rəhbəri aidiyyəti şəxslərlə birgə rayon ərazisində yeni park salınması nəzərdə tutulan əraziyə də baxış keçirib, burada planlaşdırılan işlər haqqında müəyyən fikir mübadiləsi aparılıb.