Ağcabədidə 8 Noyabr - Zəfər günü təntənə ilə qeyd olundu
09 noyabr 2024 | 11:51
Zəfər günü Ağcabədidə təntənə ilə qeyd olunub.
Noyabrın 7-də rayon rəhbərliyinin, şəhid ailələrinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Ağcabədi rayon Qəhrəmanlar Parkı ziyarət olunub və ağac əkmə aksiyası keçirilib.
Noyabrın 8-də isə Ağcabədidə Zəfər Günü münasibəti ilə ümumrayon tədbiri təşkil edilib. Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Milli Məclisin deputatı Tahir Rzayev, Yeni Azərbaycan Partiyasının rayon təşkilatının sədri, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, rayon ictimaiyyəti, şəhid ailələri, qazilər iştirak edib.
Öncə şəhərin mərkəzində Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə tər çiçəklər düzülərək xatirəsi ehtiramla anılıb.
Bundan sonra rayon rəhbərinin, hüquq-mühafizə orqanlarının rəhbərlərinin, şəhid ailələrinin və qazilərin iştirakı ilə Ağcabədi şəhəri Məclis evinin qarşısında ağaclar əkilib. Daha sonra onlar məclis evində çay süfrəsində də iştirak ediblər.
Zəfər gününə həsr olunmuş rayon tədbiri Heydər Əliyev adına Ağcabədi şəhər mədəniyyət və istirahət parkında bayram proqramı ilə davam etdirilib. Burada əvvəlcə Ulu öndər Heydər Əliyevin büstü ziyarət olunub. Həmçinin, parkda təşkil edilmiş, foto, rəsm və kitablardan ibarət sərgiyə baxış keçirilib.
Çıxışlardan və konsert proqramından ibarət olan geniş ümumrayon tədbiri Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra torpaqlarımızın azadlığı uğrunda canından keçən vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Ağcabədi Rayon İcra HakiTahir Rzayevaşçısı Rafil Hüseynov qələbəyə gedən yoldan, bu yolda aparılan uğurlu siyasətdən, 44 günlük Vətən müharibəsində rəhbər, ordu, xalq birliyindən geniş söz açıb, başda şəhid ailələri olmaqla, bütün tədbir iştirakçılarını Zəfər günü münasibətilə təbrik edib. Milli Məclisin deputatı Tahir Rzayev, şəhid anası Zülfiyyə Rəhimova, “N” saylı hərbi hissənin komandiri, polkovnik-leytenant Zaur Zalov, Yuxarı Qiyaməddinli Qarabağ Regional Mədəniyyət İdarəsi müharibəsi itirakçısı, Ağcabədi Pedaqoji Kollecinin direktoru Bəxtiyar Əliyev də öz çıxışlarında Zəfər günü ilə bağlı ürək sözlərini tədbir iştirakçılarına çatdırıb, təbriklərini dilə gətiriblər.
Çıxışlardan sonra tədbir Ağcabədi Rayon İcra Hakimiyyəti və Qarabağ Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə hazırlanmış rəngarəng bayram konsert ilə davam etdirilib.
Qeyd edək ki, ümumrayon tədbiri “Aran Ağcabədi” internet televiziyası vasitəsilə canlı yayımlanıb.