Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.

07 mart 2024 | 14:56

Yeni Azərbaycan Partiyası (YAP) Ağcabədi rayon təşkilatı, Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ regional ofisi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Ağcabədi rayon şöbəsinin birgə təşkilatçılığı ilə 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir  keçirilib.

     Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin və respublikamızın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Tədbiri giriş sözü ilə açan YAP Ağcabədi rayon təşkilatının sədr müavini Nazim Bünyatov Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva başda olmaqla bütün qadınları əlamətdar gün münasibətilə təbrik edib, onlara gələcək işlərində uğurlar arzulayıb.Qadınların ölkəmizin ictimai-siyasi həyatında rolundan danışaraq, ilk növbədə, demokratik cəmiyyətin inkişafının təminatçısı olan qadınların dövlət idarəçiliyindən tutmuş ölkənin mədəni, pedaqoji, elmi həyatında öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetirdiklərini vurğulayıb.

      GTM Qarabağ ofisinin rəhbəri Radə Telmanqızı da öz növbəsində xanımları təbrik edərək, Azərbaycan xanımlarının həmişə sədaqət, təmkin, ailəsinin qayğısına qalan fədakar, nəcib qadın mücəssəməsi olduğunu söyləyib. Bildirib ki, Azərbaycan qadınları zərif çiyinlərinə götürdüyü missiyanı şərəflə daşıyır, sosial-iqtisadi və mədəni həyatda aparılan işin böyük hissəsi onların üzərinə düşür. Bu şərəfli missiyanın təmsilçiləri arasında şəhid anaları, şəhid xanımları və şəhid bacıları da var. Azərbaycan xalqı Qarabağ döyüşlərində istər ön cəbhədə, istərsə də arxa cəbhədə canı-qanı ilə Vətənə xidmət edən xanımların da xidmətini unutmayacaq, onları daim yad edəcək.

      Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Ağcabədi rayon şöbəsinin rəisi mayor Qaraş Abbasov, N saylı hərbi hissənin qadın hərbi qulluqçusu Aidə Nuriyeva, Qarabağ regional Mədəniyyət İdarəsinin ərazi partiya təşkilatının sədri Məhəbbət Əliyeva, Aran qəzetinin redaktoru Məhsəti Musa, Aran TV-nin redaktoru Gündüz Sevindik qadınları əlamətdar gün münasibətilə təbrik edərək Azərbaycan qadınının cəmiyyətdəki fəal rolundan, onların ictimai-siyasi həyatda əldə etdiyi nailiyyətlərdən, gender bərabərliyi və dövlətin yaratdığı geniş imkanlardan bəhs ediblər.

    Tədbirdə rayonuin ictima-siyasi həyatında  fəal  iştirak edən bir qrup şəhidin qadın ailə üzvlərinə Fəxri Fərman və gül dəstələri təqdim edilib.

    Ağcabədi şəhər  5 saylı uşaq baxcası- körpələr evinin körpə fidanları şeirlər söyləyərək xanımları bayram münasibətilə  təbrik ediblər.

   Tədbirin sonunda 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə hazırlanmış

videoçarx nümayiş etdirilib.

Keçidlər