Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə 8 mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə fəal qadınlarla görüş keçirilmişdir.

08 mart 2024 | 12:37
8 mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə Ağcabədidə silsilə tədbirlər keçirilir.
Növbəti belə tədbirlərdən biri də rayonun ictimai-siyasi həyatında fəallıq göstərən xanımlarla təşkil olunub.
İcra hakimiyyətinin binasında keçirilən tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının birinci müavini Xətai Zeynalov bayram münasibəti ilə xanımları təbrik edib, onlara xoş arzularını çatdırıb. X. Zeynalov ölkəmizdə qadınlara göstərilən dövlət qayğısından danışaraq, bütün sahələrdə çalışan xanımların bacarıqları, işgüzarlıqları, istedadları ilə hər zaman seçildiyini bildirib.
Qeyd olunub ki, Azərbaycan qadını bütün dövrlərdə ən ağır sınaqlardan üzü ağ çıxaraq, taleyüklü məsələlərin həllinə layiqli töhvə verib və onların mərdliyi, dözümlülüyü, səmimiyyəti, sədaqəti ən ali dəyərlər kimi həmişə qiymətləndirilib. Qadınların fədakar əməyinə cəmiyyətdəki roluna çox böyük qiymət verilib, onlara daim qayğı ilə yanaşılıb.
Çıxış edən Rayon icra hakimiyyətinin başçısının müavini- İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsalə Məmmədova xanımlara göstərilən diqqət və qayğıya görə rayon rəhbərliyinə öz minnətdarlığını bildirib.
Keçidlər