Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə 3 dekabr – Beynəlxalq Əlillər Günü münasibəti ilə tədbir keçirilib

02 dekabr 2022 | 07:54

Ağcabədi rayonunda 3 dekabr – Beynəlxalq Əlillər Günü münasibətilə Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ Regional ofisi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filialının birgə əməkdaşlığı ilə tədbir keçirilib. 

Tədbir çərçivəsində ADPU-nun baş müəllimi, Psixologiya hazırlığı üzrə fəlsəfə doktoru proqramı üzrə doktorant Aygün Əlizadənin moderatorluğu ilə “Valideynlərin və cəmiyyətin əlilliyi olan şəxslərə adaptasiyası ilə bağlı problemlər və həlli yolları” mövzusunda dəyirmi masa təşkil edilib. Dəyirmi masada GTM Qarabağ ofisinin rəhbəri Radə Qafarova, ADPU Ağcabədi filialının Tərbiyə işləri üzrə direktor müavini dos. Mahir Səlimov,Ağcabədi Rayon İcra Hakimiyyətinin (ARİH) əməkdaşı Rahilə Şükürova, Aran qəzetinin redaktoru Məhsəti Musa, Ağcabədi şəhər Məhəmməd Əsədov adına 5 saylı tam orta məktəbin direktoru Fəridə Allahverdiyeva, Rahim İbrahimov adına Nəcəfqulubəyli kənd tam orta məktəbinin direktoru Vüsalə Əliyeva, ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyinin aparıcı mütəxəssisi Vüqar Abışov, ADPU-nun müəllim və tələbə heyəti, GTM Qarabağ ofisinin könüllüləri, əlilliyi olan şəxslər və valideynlər iştirak etmişdir. 

Tədbiri giriş sözü ilə ADPU Ağcabədi filialının Tərbiyə işləri üzrə direktor müavini dos.Mahir Səlimov açaraq dövlətin əlilliyi olan vətəndaşlara göstərdiyi diqqət və qayğıdan, bu istiqamətdə  həyata keçirilən işlərdən danışıb. Bildirib ki, əlilliyi olan şəxslərə xüsusilə də uşaqlara diqqət və qayğı cəmiyyətimizin hər üzvünün borcudur. 

GTM Qarabağ ofisinin rəhbəri Radə Qafarovaçıxış edərək, əlilliyi olan şəxslərin hüquqları, bundan irəli gələn və ölkəmiz üçün aktual olan problemlər barədə danışıb. Gəncləri bu mövzuda daha aktiv olmağa və əlilliyi olan insanlarla ünsiyyət qurarkən onlara qarşı mərhəmət hissi ilə deyil, onların da bizlər kimi insan olmasına önəm vermələrinin vacibliyini vurğulayıb. O, əlilliyi olan insanların inkluziv cəmiyyətdə yaşamasının ən önəmli faktor olduğunu bildirməklə yanaşı, iştirakçılara inkluziya termini haqda da ətraflı məlumat verib.

Digər çıxış edənlər də əlilliyi olan şəxslərin qayğı ilə əhatə olunması sahəsində Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət siyasətindən danışıb, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu kateqoriyadan olan vətəndaşların sosial müdafiəsinə, onların reabilitasiyasına və cəmiyyətə inteqrasiyasına xüsusi qayğısı nəticəsində ildən-ilə güclənməsini qeyd ediblər. Azərbaycanda əlilliyi olan şəxslərin vəziyyəti, onların sosial müdafiəsi istiqamətində həyata keçirilən dövlət proqramları, reabilitasiya xidmətləri haqqında danışıblar. 

Dəyirmi masa interaktiv müzakirələrlə davam edib. Müəllim və şagird-tələbə heyətinin müxtəlif suallarına cavablar verilib, mövzu ətrafında müzakirələr aparılıb və iştirakçılar tərəfindən maraqlı təkliflər səsləndirilib.

Tədbirin ikinci hissəsində ADPU-nun baş müəllimi, Psixologiya hazırlığı üzrə fəlsəfə doktoru proqramı üzrə doktorant Aygün Əlizadətərəfindən əlilliyi olan uşaqların valideynlərinin iştirakı ilə əlilliyi olan uşaqlara düzgün yanaşma qaydaları mövzusunda təlim təşkil edilib. Onları maraqlandıran suallar cavablandırılaraq,valideynlərə tövsiyələr verilib.

Eyni zamanda GTM Qarabağ ofisininkönüllüəri tərəfindən əlilliyi olan uşaqlara 5 bacarığın inkişafı ilə əlaqədar olaraq oyunlar,praktiki məşğələlər keçirilib. Uşaqlar əyləncəli fəaliyyətlərə qoşularaq əylənək öyrəniblər.

Keçidlər