Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (02127) 164; (021) 275-48-06

Ağcabədidə 27 Sentyabr – Anım Günü ilə bağlı tədbirlər keçirilmişdir

27 sentyabr 2026 | 15:09
Ağcabədidə 27 Sentyabr – Anım Günü ilə bağlı tədbirlər keçirilmişdir
 
27 Sentyabr – Anım Günü ilə əlaqədar Ağcabədi rayonunda şəhidlərin əziz xatirəsinin yad edilməsi məqsədilə silsilə tədbirlər keçirilmişdir. Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, hüquq-mühafizə orqanlarının rəhbərləri, hərbi hissə komandirləri, RİH başçısı aparatının əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları və rayon ictimaiyyətinin nümayəndələri tərəfindən Ulu Öndər Heydər Əliyevin abidəsi və rayonun qəsəbə və kəndlərində yerləşən şəhid məzarları ziyarət edilmiş, məzarlar və hərbi və mülki şəhidlərin xatirəsinə yeni inşa edilmiş abidənin önünə gül dəstələri qoyulmuş, şəhidlərin ruhuna dualar oxunmuşdur. Qəhrəmanlar Parkında şəhidlərin xatirəsinə gül kolları əkilmiş, abadlıq işləri aparılmışdır.
 
Ağcabədi şəhər “Cümə” məscidinin imamı Röya Balayev tərəfindən şəhidlərin ruhuna dualar oxunmuşdur. Saat 12:00-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Sərəncamına əsasən Vətən şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
 
Anım mərasimi “Kral” şadlıq sarayında ehsan süfrəsi ilə davam etdirilmişdir. Tədbirdə çıxış edən Rafil Hüseynov 27 Sentyabr – Anım Gününün Azərbaycan xalqının yaddaşında xüsusi əhəmiyyət daşıdığını bildirmiş, 44 günlük Vətən müharibəsində qazanılan Zəfərdə şəhidlərin misilsiz qəhrəmanlığından bəhs etmişdir. Rayon rəhbəri şəhid ailələrinə göstərilən dövlət qayğısından danışaraq onların problemlərinin həlli və sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlərin davam etdiriləcəyini qeyd etmişdir.
 
Tədbirdə şəhid ailələrinin nümayəndələri və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Ağcabədi Rayon Şöbəsinin rəisi Vasif Rzayev çıxış etmişlər. Şəhid ailələri ilə görüşlər keçirilərək onların qayğı və problemləri ilə maraqlanılmış, şəhidlərin ruhlarına dualar oxunmuşdur. Anım tədbirində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağı vurğulanmışdır.
Keçidlər