Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə “26 iyun – Silahlı Qüvvələr Günü” münasibətilə tədbir keçirilib

23 iyun 2023 | 09:35

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi və 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə 23 iyun 2023-cü il tarixdə Ağcabədi rayonu ərazisində yerləşən “N” saylı hərbi hissədə “Heydər Əliyev və Azərbaycanda Ordu quruculuğu” adlı tədbir keçirilib. Ağcabədi Rayon İcra Hakimiyyətinin və “N” saylı hərbi hissənin təşkilatçılığı ilə keçirilən tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Şöhrət Orucov, “N” saylı hərbi hissənin hərbi qulluqçuları, şəhid ailə üzvləri və şəhidlərimizin övladları iştirak etmişlər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Sonra tədbir iştirakçıları tərəfindən Ümummili Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş Vətən şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə öncə “N” saylı hərbi hissə komandirinin müavini mayor Yalçın Ağayev, Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısı Aparatının şöbə müdiri Şöhrət Orucov çıxış edərək Ümummilli Lider Heydər Əliyevin 1993-cü il iyununda ölkəni dərin iqtisadi, siyasi böhrandan, acınacaqlı vəziyyətdən xilas etmək üçün ikinci dəfə siyasi hakimiyyətə qayıdışından, sülh və əmin-amanlığın bərpa edilməsi üçün mənfur düşmənlə atəşkəs əldə olunmasından bəhs etmişdir. Qeyd olunmuşdur ki, ölkədə sabitlik bərqərar edildikdən sonra bütün sahələrdə olduğu kimi ordu quruculuğu sahəsində də inkişafa nail olunmuş, Ulu Öndərin misilsiz xidmətləri və gərgin əməyi nəticəsində qısa zaman kəsiyində vahid komandanlıq prinsipi ilə idarə edilən nizami ordu yaradılmışdır. Bu gün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin müdrik və uzaqgörən rəhbərliyi ilə yüksək maddi-texniki bazaya və yüksək döyüş qabiliyyətinə malik ordu formalaşmışdır. Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu 30 ilə yaxın müddət ərzində düşmən tapdağı altında qalan torpaqlarımızı 44 gün ərzində işğaldan azad etmiş, əsgər və zabitlərimiz nümayiş etdirdikləri igidlik və şücaət ilə qəhrəmanlıq dastanı yaratmışlar. Qələbənin qazanılmasında ordumuzun ən müasir silahlardan istifadə etməklə, qısa müddət ərzində düşmənin hərbi texnikasının böyük hissəsini və xeyli sayda canlı qüvvəsini məhv edilmişdir.

Daha sonra şəhid ailə üzvləri Samirə Xuduyeva, Aynur Kərimova çıxış edərək Vətən müharibəsi dövründə Azərbaycan hərbçilərinin peşəkarlığı və qəhrəmanlığından söz açmış, hər bir şəhidimizin həyatının, ömür yolunun bir şanlı tarix olduğunu bildirmişlər. Azərbaycan xalqı, yaxın, uzaq ölkələrdə yaşayan hər bir azərbaycanlı haqlı olaraq şəhidlərimizlə fəxr edir. Məhz onların sayəsində Azərbaycan dövləti tarixi ədaləti bərpa etdi. Daha sonra şəhid ailə üzvləri 26 iyun – Silahlı Qüvvələri Günü münasibətilə Müzəffər Ali Baş Komandanı və Şanlı Azərbaycan Ordusunu təbrik edərək hərbi qulluqçulara cansağlığı, rəşadət, şərəfli xidmətlərində yeni uğurlar arzulamışlar.

Şəhidlərin yaxınları sonda göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər