Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə 26 İyun - Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunmuş toplantı keçirilmişdir.

26 iyun 2022 | 10:01

      25 iyun 2022-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və Ağcabədi Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə 26 İyun - Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunmuş toplantı keçirilmişdir.    

    Toplantını Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qənbərov giriş sözü ilə açaraq narkomaniyanın cəmiyyətin sağlam inkişafına, mənəviyyatına ağır zərbə vurmasından, narkotiklərin qəbulunun insan orqanizmi üçün zərərli nəticələrindən və onun törətdiyi fəsadlardan bəhs edib.  Eldəniz müəllim xüsusi olaraq qeyd edib ki, Ümumilli lider Heydər Əliyev narkomanlığa və narkotik vəsitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edirdi. Elə bunun davamıdır ki, ölkə başçısı cənab İlham Əliyevin  Narkotik vasitələrin və narkomanlığın yayılması ilə mübarizə üzrə müxtəlif dövürlər üçün müvafiq sərəncamlar imzalanması bu sahədə daha böyük işlər görülməsi üçün zəmin yaradıb. Narkomaniya ilə mübarizədə bütövlükdə cəmiyyətin, dövlətin, xalqın, ən çox isə gənc nəslin fərdi, birgə fəaliyyətinə, böyük ehtiyac var.

     Daha sonra Ağcabədi Olimpiya İdman Kompleksinin əməkdaşı Ramil Quliyev və Aran Taekvondo Klubunun direktoru Tapdıq Əkbərov çıxış edərək hər kəsi, xüsusilə də gəncləri bu bəlaya qarşı birgə mübarizə aparmağa səsləyiblər. Çıxışçılar vurğulayıb ki, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniya günümüzün sərhəd tanımayan, qlobal xarakter daşıyan, dünyada qorxulu xəstəlik kimi hər bir insanı düşündürür. Beynəlxalq problemin həllinə xidmət edən mühüm addımlardan biri kimi, xüsusilə yeniyetmə və gənclər arasında maarifləndirmə işlərinin genişləndirilməsi prioritet məsələdir.

      Toplantının sonunda yeniyetmə və gəncləri maraqlandıran suallar cavablandırılmışdır.

Keçidlər