Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə “26 Avqust – Beynəlxalq Muğam Günü” münasibətilə muğam gecəsi keçirilib.

27 avqust 2024 | 16:23
Avqustun 26-də Ağcabədi rayonunda “26 Avqust – Beynəlxalq Muğam Günü” münasibətilə muğam gecəsi keçirilib. Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzinin yay konsert zalında baş tutan tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, icra hakimiyyəti başçsının müavinləri, hüquq mühafizə orqanlarının, eləcə də Qarabağ Regional Mədəniyyət İdarəsinin rəhbərliyi, şəhid ailələri, qazilər, rayon ictimaiyyəti, mədəniyyət müəssisələri kollektivləri və musiqisevərlər iştirak ediblər.
Tədbir iştirakçıları ilk öncə Muğam mərkəzinin həyətində Ağcabədi Dövlət Rəsm Qalereyasının təşkil etdiyi kitablardan və rəsm əsərlərindən ibarət sərgiyə baxış keçiriblər.
Tədbir açıq elan edildikdən sonra torpaqlarımızın azadlığı uğrunda canından keçən Vətən şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsalə Məmmədova Azərbaycan muğamının dünya musiqi xəzinəsinin incisi olduğunu qeyd edib. Vurğulanıb ki, muğam sənətimiz Azərbaycan Respublıikasının Prezidenti İlham Əliyev və onun xanımı, Azərbaycanın Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın daim diqqət və qayğısı ilə əhatə olunub. Məhz Mehriban Əliyevanın fəaliyyəti nəticəsində muğamımız YUNESKO səviyyəsinə qaldırılıb, muğamımıza layiq olduğu beynəlxalq status verilib. O da diqqətə çatdırılıb ki, doğma Ağcabədi də muğam-musiqi dünyasına dəyərli simalar bəxş etməklə yanaşı, bu gün də bu ənənəni davam etdirir. Hazırda rayonumuzda muğam sahəsində inkişaf edən, bu irsi uğurla davam etdirən istedadlı gənclər yetişməkdədir.
Daha sonra mədəniyyət sahəsində səmərəli fəaliyyətinə görə bir qrup mədəniyyət işçisi Ağcabədi Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif ediliblər.
Geniş və rəngarəng konsert proqramı ilə çıxış edən Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzinin müəllim və şagird kollektivi bir-birindən maraqlı ifalarla yadda qalıblar. Oxunan təsniflər, ifa olunan muğamlar tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Keçidlər