Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə 23 İyun Dövlət Qulluqçularının peşə bayramı münasibətilə tədbir keçirilmişdir

23 iyun 2022 | 19:16

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 may 2006-cı il tarixli Sərəncamına əsasən hər il İyunun 23-ü dövlət qulluqçularının peşə bayramı günü kimi qeyd olunur. Bu münasibətlə iyunun 23-də Ağcabədidə tədbir keçirilib. Ümummilli lider Heydər Əliyevin rayon icra hakimiyyəti qarşısında ucaldılmış abidəsi ziyarət olunub, qarşısına çiçək dəstələri düzülüb.

Ağcabədi Rayon İcra Hakimiyyətinin binasında davam etdirilən tədbirdə aparatın məsul işçiləri, RİHB-nın şəhər, qəsəbə və kənd inzibati dairələri üzrə nümayəndələri, dövlət qulluğu veteranları, Ağcabədi Regional “Asan Xidmət” Mərkəzinin, Regional Mədəniyyət İdarəsinin, DAİM-in, Maliyyə şöbəsinin, Statistika İdarəsinin, gənclər və idman İdarəsinin, Qarabağ Regional Təhsil İdarəsinin Ağcabədi rayonu üzrə Təhsil sektorunun,  həmçinin digər idarə və müəssisələrin əməkdaşları iştirak ediblər. 

Öncə ulu öndərin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri rayon rəhbəri Rafil Hüseynov giriş sözü ilə açaraq, bayram münasibəti ilə dövlət qulluqçularını təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb. R. Hüseynov çıxışında ölkəmizin beynəlxalq aləmdə nüfuzunun genişlənməsindən danışıb, dövlət qulluğu sahəsində aparılan islahatlar haqqında ətraflı məlumat verib. Natiq rayon icra hakimiyyətinin Sosial- iqtisadi inkişafın təhlili və proqnozlaşdırılma şöbəsinin baş məsləhətçisi Natiq Əlişovu Prezidentin 22 iyun 2022-ci il tarixli Sərəncamına əsasən “Dövlət qulluğunda fərqlənməyə görə” medalına layiq görülməsi münasibəti ilə təbrik edib.

Sonra çıxış edən RİHB-nın Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Mərdəli Quliyev, Rayon Gənclər və İdman İdarəsinin rəisi Rüfət Quliyev Azərbaycanda hüquqi dövlətin qurulmasından, idarəolunma üçün zəruri tədbirlərin görülməsindən, dövlət qulluqçularının peşəkar inkişafından, bu sahəyə cəlb olunan kadr potensialından geniş söhbət açıblar.

Yekunda bir qrup əməkdaş rayon rəhbərliyinin sərəncamına əsasən Fəxri fərmanlarla təltif olunub, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının rayon komitəsi tərəfindən hədiyyələr təqdim edilib.

Keçidlər