Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə “23 İyun – Dövlət Qulluqçularının peşə bayramı” günü münasibətilə tədbir keçirilib

23 iyun 2024 | 10:12

Dövlət Qulluqçularının peşə bayramı qeyd olundu
İyunun 22-də Ağcabədidə “23 İyun – Dövlət Qulluqçularının peşə bayramı” günü münasibətilə tədbir keçirilib. Öncə Ağcabədi Rayon İcra Hakmiyyətinin başçısı Rafil Hüseynov, icra hakmiyyəti aparatının şöbə müdirləri, dövlət qulluğu veteranları, ziyalılar, eləcə də dövlət qulluğunu təmsil edən idarə, müəssisə, təşkilat rəhbərləri Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər, önünə çiçəklər düzüblər.

İcra Hakimiyyətinin iclas zalında davam edən yığıncaqda öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildib, Ulu öndər Heydər Əliyevin, eləcə də Vətən şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Giriş nitqi ilə çıxış edən Ağcabədi Rayon İcra Hakmiyyətinin başçısı Rafil Hüseynov “23 İyun – Dövlət Qulluqçularının peşə bayramı” günü münasibətilə dövlət qulluğu sahəsində fəaliyyət göstərən hər kəsi təbrik edib, onlara bundan sonrakı iş fəaliyyətlərində uğurlar diləyib. Rayon rəhbəri qeyd edib ki, ölkəmizin idarəetmə sistemində mühüm və aparıcı rola malik olan dövlət qulluqçuları həmişə olduğu kimi, bu gün də əsası dahi rəhbər Heydər Əliyev tərəfindən qoyulan müstəqilliyimizin və dövlətçiliyimizin möhkəmlənməsinə öz töhfələrini verirlər.
Məruzə ilə çıxış edən Ağcabədi Rayon İcra Hakmiyyəti başçısının müavini, Ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsalə Məmmədova qeyd edib ki, hər bir dövlət qulluqçusunun uğuru ümumilikdə dövlətimizin uğurudur. Hər bir dövlət qulluqçusu işə qəbul olunarkən içdiyi dövlət qulluqçusu andına daim sadiq qalmalı, Azərbaycan dövlətinin onun qarşısına qoyduğu vəzifələri layiqincə yerinə yetirməlidir.
Ağcabədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, dövlət qulluğu veteranı Vaqif Qarayev, icra hakimiyyəti aparatının aparıcı məsləhətçisi, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Ülkər Kərimova və Ağcabədi Regional “ASAN xidmət” mərkəzinin direktor müavini Şamxal Həsənov öz çıxışlarında vurğulayıblar ki, hər bir şəxs bilməlidir ki, dövlət qulluğunda olmaq imtiyaz deyil, əksinə, böyük məsuliyyətdir, insanlara xidmət etmək imkanıdır. Tutduğu vəzifənin əhəmiyyətindən asılı olmayaraq dövlət qulluqçusu həmişə xatırlamalıdır ki, o xalqın xidmətçisidir, insanlara xidmət, onların qayğıları ilə yaşamaq dövlət qulluqçusunun əsas vəzifəsidir.
Bir saata yaxın davam edən yığıncağın sonunda iş fəaliyyətində fərqlənən bir qrup dövlət qulluqçusu Ağcabədi Rayon İcra Hakimiyyətinin Fəxri fərmanları ilə təltif olunublar.

Keçidlər