Ağcabədidə 2022-ci ilin birinci yarsında əldə olunmuş nəticələrin təhlili və qarşıda duran vəzifələr mövzusunda dəyirmi masa keçirilmişdir.
21 iyul 2022-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və Ağcabədi Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə rayonda fəaliyyət göstərən ayrı-ayrı idman növləri ilə məşğul olan dərəcəli idmançıların, məşqçi-müəllimlərinin iştirakı ilə 2022-ci ilin birinci yarsında əldə olunmuş nəticələrin təhlili və qarşıda duran vəzifələr mövzusunda görüş keçirilmişdir.
Olimpiya İdman Kompleksinin akt zalında baş tutmuş dəyirmi masada Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qənbərov çıxış edərək qeyd etdi ki, Ağcabədi rayonunda futbol, voleybol, şahmat, cüdo, boks, taekvondo, kikboksinq, karate-do, sərbəst güləş, alpaqut, bodibildinq, juboksinq-citsu, vale tudo, MMA idman növləri fəaliyyət göstərir.
2022-ci ilin birinci yarsında rayon idmançıları dünya kubokunda, beynəlxalq yarışlarda, Azərbaycan çempionatı və birinciliklərində, eləcədə zona yarışlarda bir çox uğurlu nəticələr göstərmişdir. 2022-ci ilin birinci yarsında rayon idmançıları 103 medal əldə etmişdir ki, onlardan 44-ü birinci yer 33-ü ikinci yer 26-sı isə üçüncü yerdir. Bütün bunlarla yanaşı Eldəniz Qənbərov çıxışında qeyd etdi ki, əldə olmuş nəticələrlə yanaşı yol verilmiş nöqsanlarımız da az deyildir. Hesab edirəm ki, bu nöqsanların aradan qaldırılması üçün məşqçi –müəllimlər ciddi tədbirlər həyata keçirilməlidir.
Sonra Ağcabədi Olimpiya İdman Kompleksinin əməkdaşı Ramil Quliyev, sərbəst güləş idman növü üzrə məşqçi-müəllim Etibar Qəhramanov çıxış edərək görülmüş işlər, yol verilmiş nöqsanlar və bu nöqsanların aradan qaldırılması ilə bağlı fikirlərini bildirdilər.
Daha sonra dəyirmi masa iştirakçıları arasında mövzu ətrafında çıxışlar dinlənildi, maraqlı fikir mübadilələri aparıldı.