Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə 20 Yanvar faciəsinin ildönümü qeyd olundu

20 yanvar 2024 | 19:14

20 Yanvar faciəsinin 34-cü ildönümü Ağcabədi rayonunda qeyd olunub.Səhər saatlarından etibarən Ağcabədi Qəhrəmanlar Parkına ziyarət başlanılıb.Ziyarətdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, rayon ictimaiyyəti iştirak edib.Öncə Ağcabədi şəhər “Cümə” məscidinin imam müavini dua oxuyub.Sonra şəhidlər abidə kompleksi ziyarət olunub, önünə tər qərənfillər düzülüb. 12 : oo- da 20 Yanvar şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla anılıb.Ziyarət günboyu davam edib.

Keçidlər