Ağcabədidə 20 Yanvar faciəsinin 33-cü ildönümü qeyd olunub
Ölkəmizin hər yerində olduğu kimi, Ağcabədidə də 20 Yanvar faciəsinin 33-cü ildönümü qeyd olunub. Faciənin günahsız qurbanlarının əziz xatirəsini yad etmək üçün Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı Rafil Hüseynov, RİH-nin məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ziyalılar, Qarabağ müharibəsi veteranları, şəhid ailələri, ictimaiyyət nümayəndələri Ağcabədi şəhər Qəhrəmanlar parkına gələrək şəhidlərimizin xatirəsinə ucaldılmış abidə kompleksini, eləcə də I Qarabağ və Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda həlak olmuş şəhidlərin məzarını ziyarət edib, üzərinə tər çiçəklər düzüb, onların ruhuna dualar oxuyublar.
Saat 12-00-da 20 Yanvar şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, nəqliyyatın hərəkəti dayandırılıb, avtomobillərdən siqnallar verilib.
Rayon rəhbəri və hüquq-mühafizə orqanlarının rəhbərləri daha sonra Muğanlı kənd Qəhrəmanlar parkını da ziyarət ediblər.