Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə ”2 Fevral-Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş ümumrayon toplantısı keçirilmişdir.

02 fevral 2023 | 18:48

    02 fevral 2023-cü il tarixdə Ağcabədi Rayon İcra Hakimiyyətinin, Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin, Səfərbərlik  və Hərbi Xidmətə  Çağırış  üzrə  Dövlət  Xidmətinin Ağcabədi Rayon Şöbəsinin birgə təşkilatçılığı ilə Ağcabədi Bayraq Muzeyində ”2 Fevral-Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş ümumrayon toplantısı keçirilmişdir. Ümumrayon toplantısı başlamamışdan öncə gənclərin iştirakı ilə Ulu Öndərimiz Heydər Əliyevin abidəsi ziyarət olunmuş, önünə gül, çiçək dəstələri qoyaraq, əziz xatirəsi hörmət və ehtiramla yad edilmişdir.

    Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov, Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Rüfət Quliyev, Səfərbərlik  və Hərbi Xidmətə  Çağırış  üzrə  Dövlət  Xidmətinin Ağcabədi Rayon  Şöbəsinin rəisi,  polkovnik – leytenant  Qabil  Rzayev,  şəhər, qəsəbə və  kəndlərdən olan fəal gənclər, qazilər, hərbiçilər, polislər, idmançılar, könüllülər, fermer və sahibkarlar, təhsil, mədəniyyət, səhiyyə  və digər sahələrdə çalışan gənclər  iştirak etmişdir.

    Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilmiş, Ulu Öndərimiz Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.

    “2 Fevral - Azərbaycan  Gəncləri günü” münasibəti ilə keçirilən ümumrayon toplantısını Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Rüfət Quliyev giriş sözü ilə açaraq geniş məruzə ilə çıxış edib.

    Ümurayon toplantısı zamanı Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov “2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə gəncləri təbrik nitqi ilə çıxış etmiş, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər siyasətinin bu gündə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulamışdır.

    Sonra Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov rayonun ictimai-siyasi, iqtisadi və idman həyatında fərqlənmiş bir qrup gənci “2 Fevral – Azərbaycan Gəncləri Günü” münasibətilə Fəxri Fərmanlar və pul mükafatları ilə mükafatlandırmışdır.

    Daha sonra Vətən müharibəsi iştirakçısı Nicat Musayev, Ağcabədi Regional “ASAN xidmət” Mərkəzinin könüllülər üzrə məsul şəxsi Çinarə Ağayeva, kikboksinq idman növü üzrə dünya birinciliyinin qalibi Sübhan Mamedov, “Aran Ağcabədi” internet televiziyasının aparıcısı Pərvin Abışova, N saylı hərbi hissənin divizion komandirinin Maddi Texniki Təminat üzrə müavini, baş leytinant Rəşmi Məmmədli, Qaravəlli kənd sakini gənc fermer, pambıqçı Səxavət Qəhramanov məruzə ətrafında çıxış etmişlər.

     Ümumrayon toplantısında çıxış edən Səfərbərlik  və Hərbi Xidmətə  Çağırış  üzrə  Dövlət  Xidmətinin Ağcabədi Rayon  Şöbəsinin rəisi,  polkovnik – leytenant  Qabil  Rzayev gəncləri əlamətdar gün münasibəti ilə təbrik etmiş, bir qrup vətən mühribəsi iştirakçıları və idmançıları Fəxri Fərmanla təltif etmişdir.

Keçidlər