Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə “ 2 Fevral Azərbaycan Gəncləri Günü” ilə bağlı tədbir keçirilmişdir.

02 fevral 2024 | 10:03

Ağcabədi rayonunda Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ Regional ofisinin təşəbbüsü, Ağcabədi regional “ASAN xidmət” mərkəzi, Regional İnkişaf İctimai Birliyinin (RİİB) Qarabağ bölməsi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Qarabağ nümayəndəliyinin birgə təşkilatçılığı ilə “2 Fevral - Azərbaycan Gəncləri Günü” münasibəti ilə  tədbir keçirilib.

Tədbirdən öncə könüllülər tərəfindən yaradılmış müxtəlif guşələrdə rəsm, lent boya və dənli bitkilərdən ibarət əl işləri, zər sənəti üzrə master klasslar keçirilmişdir.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin və respublikamızın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan GTM Qarabağ regional ofisinin əməkdaşı Aygün Əlizadə çıxış edərək gənclərimizin Ümumilli lider Heydər Əliyevin təsis etdiyi bu günü qalib ölkənin qürurlu vətəndaşları kimi böyük ruh yüksəkliyi ilə qeyd etdiyini vurğulayıb, ölkəmizdə gənclər siyasətinin keyfiyyətcə yeni mərhələsinin başladığını, Prezident İlham Əliyevin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiqlədiyini qeyd etmiş, sonda gənclərə motivasiya verərək hədəflərinə çatmağa hər zaman hazır olmalarının vacibliyini söyləmişdir.

"N" saylı hərbi hissənin zabiti kapitan Əlibəy Novruzbəyov gəcləri  əlamətdar gün münasibətilə təbrik edərək vurğulayıb ki, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin və məğrur Azərbaycan ordusunun sayəsində Vətən müharibəsindən sonra Azərbaycan Gəncləri artıq bu günü qalib ölkənin gəncləri olaraq qürurla qeyd edirlər. Hər bir Azərbaycan gəncinin borcudur ki, qanlar-canlar bahasına qazanılmış müstəqilliyin və qələbənin bundan sonra da qorunmasında fəal iştirak etsin.

          Ağcabədi regional “ASAN xidmət” mərkəzinin əməkdaşı Pərviz Səmədov, RİİB Qarabağ

bölməsinin əməkdaşı Elxan Məmmədov, GİKM-nin  Qarabağ nümayəndəliyinin əməkdaşı

Ləman Zeynalova da gəncləri əlamətdar gün münasibətilə təbrik edib, ölkəmizdə gənc nəslə

göstərilən diqqət və qayğıdan söz açıblar.

Tədbirin sonunda istedadlı gənclər tərəfindən musiqili kompozisiya nümayiş olunub.

 

Keçidlər