Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə 15 iyun – Milli Qurtuluş günü ilə əlaqədar olaraq Şəhər məktəblərinin iştirakı ilə tədbir keçirildi

10 iyun 2022 | 18:03

10 iyun 2022-ci il tarixdə 15 iyun Milli Qurtuluş Günü ilə əlaqədar Ağcabədi rayon Heydər Əliyev Mərkəzində “ Xalqın nicat yolu ” adlı tədbir keçirildi.

 

Tədbir Ağcabədi şəhər Üzeyir Hacıbəyov adına 7 saylı tam orta məktəbin və Ağcabədi şəhər M.F.Axundov adına 3 saylı məktəb-liseyin müəllim və şagird kollektivinin iştirakı ilə baş tutub.

 

Əvvəlcə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.  Sonra tədbiri giriş sözü ilə açan Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin direktor

səlahiyyətlərini icra edən Rövşanə Əliyeva çıxış edərək bildirdi ki, 1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub və dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qoruyub, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırıb və inkişafın təməlini qoyub. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır. Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı səhifəsini təşkil edir. Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini unutmur və 15 İyun – Milli Qurtuluş Gününü hər il yüksək əhvali-ruhiyyə ilə qeyd edir. Sonda xatirə şəkli çəkdirildi.

Keçidlər