Ağcabədidə 11782.57 ha sahədə pambıq əkini üçün fermerlərlə müqavilə bağlanmış və şum işləri aparılmışdır.
2025-ci təsərrüfat ili üçün rayonumuzda 11782.57 ha sahədə pambıq əkini üçün fermerlərlə müqavilə bağlanmış və şum işləri aparılmışdır. İndiyədək 9583.9 ha sahədə səpin aparılmış və 2770 ha sahədə bitiş alınmışdır. Rayonda fəaliyyət göstərən şirkətlərdən “Prime Cotton” 3835.0 ha, “Azərpambıq” 3481.18 ha, “P Aqro” 2500 ha, “Cotton trade” 1000 ha, “Hüseyn Pambıq İK” MMC 866.39 ha, “Azərşəkər” 100.0 ha olmaqla 11782.57 ha sahədə pambıq əkini üçün müqavilə bağlanmış və səpin işləri davam etdirilir. Adları qeyd olunan şirkətlər tərəfindən çiyid səpini ammofos gübrəsindən istifadə etməklə aparılmışdır. Hazırda arat olunmamış sahələrdə bitiş alınması məqsədilə suvarma suyu davam etdirilir. Bitiş alınmış ərazilərdə aqrotexniki qulluq məqsədilə ketmənləmə işlərinə başlanılmışdır. Hər gün tarlalarda xeyli sayda işçi qüvvəsi cəlb olunur ki, bu da nəticə etibarı ilə əhalinin məşğulluğunun təmin olunması deməkdir.
Ötən 2024-cü təsərrüfat ilində 13 112.0 ha sahədə pambıq əkini üçün müqavilə bağlanmış və 38 000 tona yaxın məhsul istehsal olunmuşdur. Bu il yüksək məhsul istehsal etmək məqsədilə fermerlər indidən səylə çalışırlar.
Sosial - iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini
Muxdar Bağırov