Ağcabədidə 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə tədbir keçirilmişdir.
Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ Regional ofisi nəzdində fəaliyyət göstərən “İnklüziv Təhsil və Uşaq inkişaf Mərkəzi” və Ağcabədi regional “Asan Xidmət” mərkəzinin birgə əməkdaşlığı ilə 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə tədbir keçirilmişdir.
Tədbirdə ARİH əməkdaşı Vüsalə Məmmədova, 2 saylı körpələr evi-uşaq bağçasının direktoru Şəbnəm Mirheydərova, 3 saylı körpələr evi-uşaq bağçasının direktoru Samirə Xudiyeva, 6 saylı körpələr evi-uşaq bağçasının direktoru Jalə Ağamirova, Uşaq-Gənclər İnkişaf Mərkəzinin əməkdaşı Afət Zeynalova, “İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzi”nin xidmətindən yararlanan xüsusi qayğıya ehtiyacı olan uşaqlar və şəhid övladları iştirak etmişdir.
Tədbiri GTM Qarabağ ofisinin rəhbəri Radə Telmanqızı açaraq uşaqları bayram münasibətlə təbrik etmişdirş O vurğulamışdır ki, Azərbaycanda uşaq problemləri hər zaman diqqət mərkəzindədir. Ulu öndər Heydər Əliyev uşaqlara dövlət səviyyəsində qayğını həmişə diqqətdə saxlayırdı. Ölkəmizdə indi də uşaqlara qayğı ildən-ilə artır. Bu, Heydər Əliyev Fondunun da əsas prioritetlərindən biridir. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva nəcib missiyası ilə bütün Azərbaycan uşaqlarının ən böyük dostu və ən böyük himayədarıdır.
Digər çıxış edən natiqlər də uşaqları bayram münasibətilə təbrik edib, onlara firavan gələcək və şən həyat arzulayıb, ölkəmizdə uşaqlara göstərilən dövlət qayğısından, onların hüquqlarının qorunması, sağlam böyümələri, təhsili istiqamətində görülən işlərdən danışıblar.
Tədbir “İnklüziv Təhsil və Uşaq inkişaf Mərkəzi” və 2 və 6 saylı körpələr evi-uşaq bağçasının balaca fidanlarının ifasında təqdim edilən musiqi,rəqs nömrələri tədbir iştirakçılarında xoş ovqat yaratdı.
Tədbirin sonunda GTM Qarabağ ofisi, Ağcabədi regional “Asan Xidmət” mərkəzi və “Güvən Xeyriyyə və Dostluq” Cəmiyyəti tərəfindən uşaqlara hədiyyələr təqdim edilmişdir.