Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi taxılçıları bu günədək 20 min hektardan çox sahədə biçin aparıblar

06 iyul 2022 | 09:14

Ağcabədi rayonunun taxılçıları biçini davam etdirirlər. Artıq 20 min 38 hektar sahədə biçin aparılıb, 74 min 606 ton məhsul əldə edilib. Hər hektarın orta məhsuldarlığı 37,23 sentnerdir. Biçilmiş məhsulun 50 min 321 tonu buğda, 24 min 284 tonu arpadır. Hər hektarın orta məhsuldarlığı buğda sahələrində 40,47 sentner, arpa sahələrində isə 31,93 sentner təşkil edir.

Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, torpaq mülkiyyətçiləri bu il 31 min 860,5 hektar sahədə taxıl bitkiləri becəriblər ki, onun da 20 min 96 hektarı buğda, 11 min 765 hektarı arpadır. Düzgün aqrotexniki qulluq sayəsində zəmilərdə bol məhsul yetişib. Taxıl biçininə ümumilikdə rayon üzrə 49 taxılbiçən kombayn cəlb edilib. Bunun 20-si “Aqroservis” ASC-yə məxsus olan, 23 ədədi fiziki şəxslərin və iri təsərrüfat sahiblərinin istifadəsində olan, 6-sı isə digər rayonlardan gəlmiş texnikalardır.

Keçidlər