Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (02127) 164; (021) 275-48-06

Ağcabədi şəhərində Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun səyyar qəbul-görüşü keçirilmişdir.

04 iyun 2025 | 18:50
İcra başçılarının yerlərdə keçirdiyi qəbullar yerli idarəçiliyin daha şəffaf, məsuliyyətli və vətəndaş yönümlü olmasına xidmət edir. Vətəndaşla birbaşa ünsiyyət zamanı sakinlər rəhbər tərəfindən dinlənilir, onların qayğı və problemləri birbaşa öyrənilir ki, bu da müraciətlərin operativ həll imkanlarını artırır. Həmçinin, icra hakimiyyəti ilə vətəndaş arasında körpü rolunu oynayan qəbullarda sakinlər dövlətin siyasəti haqda daha çox məlumat alır, o cümlədən aidiyyəti qurumların məsuliyyəti artır. Ağcabədi Rayon İcra hakimiyyəti başçısının elə bu məqsədlə keçirdiyi növbəti səyyar qəbulun ünvanı Ağcabədi şəhər 5 saylı tam orta məktəbin binası olub. Şəhər sakinləri ilə görüş zamanı icra başçısı əvvəlcə çıxış edərək ölkədə və eləcə də rayon ərazisində həyata keçirilən abadlıq-quruculuq işləri, sosial layihələr və görülən tədbirlər haqqında geniş məlumat verib.
Daha sonra sakinlərin müraciətləri dinlənilib. Qaldırılan məsələlər arasında bir sakinin fərdi yaşayış evinin qazlaşdırılması ilə bağlı yaşanan çətinlik, başqa bir sakinin həyət qapısının qarşısından keçən qaz borusunun hündürlüyü səbəbindən avtomobilin həyətə daxil ola bilməməsi kimi problemlər yer alıb.
İcra başçısı hər bir müraciətə diqqətlə yanaşıb, vətəndaşlara çətinliklərin səbəbləri izah olunub və problemlərin həlli istiqamətində lazımi tədbirlərin görüləcəyi bildirilib. Həmçinin ötən il uşaq meydançalarının salınacağı ilə bağlı vəd xatırladıldıqda sakinlərə bildirilib ki, bu istiqamətdə artıq müəyyən işlər görülüb və layihələr mərhələli şəkildə davam etdirilir.
Keçidlər