Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (02127) 164; (021) 275-48-06

Ağcabədi şəhərində rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun 1 prospekt və 5 küçədə səyyar qəbul-görüşü keçirilmişdir.

24 dekabr 2025 | 19:41

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov əhalinin gündəlik həyatda qarşılaşdığı problemləri yerində dinləyib operativ həll yollarını tapmaq məqsədilə 2025-ci il dekabrın 24-də Ağcabədi şəhərinin müxtəlif istiqamətlərində - Heydər Əliyev prospekti, həmçinin Namiq Abdullayev, Xəlfərəddin, Cəfər Cabbarlı, Həmidə Məmmədquluzadə və Rasim Tağıyev küçələrinin sakinləri ilə səyyar qəbul-görüş keçirib.

Qəbul zamanı vətəndaşlar tərəfindən müraciət edilərək Namiq Abdullayev küçəsi və Heydər Əliyev prospektində məişət tullantıları üçün əlavə urnaların qoyulması, qəzalı vəziyyətdə olan elektrik dirəklərinin yenisi ilə əvəz olunması, Ağcabədi şəhər 11 saylı tam orta məktəbin mini futbol meydançasının təmir edilməsi, Cəfər Cabbarlı küçəsində yeni tikilmiş fərdi yaşyış evlərinin kanalizasiya xəttinə qoşulması, işıqlanmada olan problemin aradan qaldırılması üçün yeni elektrik transformatorun qoyulması, Həmidə Məmmədquluzadə küçəsində yol kənarından 10 kv-luq elektrik xətlərinin keçdiyi yerlərdə təhlükə yaradan ağacların budanması, Rasim Tağıyev küçəsinə əlavə 2 ədəd işıqlanma dirəyinin qoyulması və digər məsələlərlə bağlı köməklik edilməsi xahiş olunub. Bütün müraciətlər diqqətlə dinlənilib, aidiyyəti müəssisələrin rəhbərlərinə tapşırıqlar verilib.

Sakinlər həmçinin rayonda görülən bir sıra işlərə görə minnətdarlıqlarını da bildiriblər.

Keçidlər