Ağcabədi şəhərində qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.
02 aprel 2026 | 16:54
03.04.2026-cı il tarixində, saat 10:00-dan qaz xətlərində aparılacaq təmir işləri ilə əlaqədar Ağcabədi şəhərinin mavi yanacaqla təchizatında fasilə yaranacaqdır.
Sakinlərdən qaz xətlərində təmir işləri aparıldığı müddətdə ehtiyatlı olmaları və qaz cihazlarından istifadə zamanı təhlükəsizlik qaydalarına riayət etmələri xahiş olunur.






