Ağcabədi şəhəri Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Uşaqlar bizim gələcəyimizdir" adlı uşaq yaradıcılıq festivalı keçirilib.
Ağcabədi şəhəri Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Uşaqlar bizim gələcəyimizdir" adlı uşaq yaradıcılıq festivalı keçirilib.
Ağcabədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyas Ağcabədi Rayon Təşkilatı, “Gənclər üçün Təhsil Mərkəzi” İctimai Birliyinin Qarabağ regional ofisi, “Güvən Xeyriyyə" İctimai Birliyi və "OBA" Marketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirə giriş sərbəst olub. Festivalda eyni zamanda xüsusi qayğıya ehtiyacı olan uşaqlar, şəhid ailələrinin övladları da iştirak ediblər.
Festivalda Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, YAP Ağcabədi Rayon Təşkilatının sədri Rövşən Əhmədov, “Gənclər üçün Təhsil Mərkəzi” İctimai Birliyi Qarabağ regional ofisinin rəhbəri Radə Telmanqızı və “Güvən Xeyriyyə" İctimai Birliyinın sədri Nigar Bayramlı iştirak edərək uşaqları təbrik ediblər.
Festivalı giriş sözü ilə açan Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov bayram münasibətilə uşaqları təbrik edərək,onlara şən, qayğısız, xoşbəxt həyat arzulayıb. Ölkəmizdə uşaqlara göstərilən yüksək dövlət qayğısından danışıb, onların sağlamlığının qorunması, qayğısız böyümələri, təlim-tərbiyəsi sahəsində davamlı iş aparıldığını diqqətə çatdırıb. Qeyd edib ki, uşaqlar bizim gələcəyimizdir və ölkəmizin gələcəyi onların əlindədir, onların müdafiəsinə hamılıqla qoşulmaq bizim borcumuzdur.
“Gənclər üçün Təhsil Mərkəzi” İctimai Birliyi Qarabağ ofisinin rəhbəri Radə Telmanqızı da çıxış edərək uşaqlara festival zamanı uğurlar arzu edib. Qeyd edib ki, uşaqların həm intellektual, həm fiziki, həm də sosial inkişafında belə festivalların əhəmiyyəti böyükdür.
Festivalda balacaların istirahət etməsi ilə yanaşı, həm də öz istedadlarını nümayiş etdirmək imkanı yaradılıb. “GTM” Qarabağ ofisi nəzdində fəaliyyət göstərən İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağcabədi nümayəndəliyinin könüllüləri tərəfindən uşaqlara müxtəlif əyləncə və maarifləndirici proqramlar təqdim olunub. Hər bir uşaq öz marağına uyğun əyləncə seçib asudə vaxtını səmərəli keçirə, istedadını nümayiş etdirə bilib. Parkın ərazisi müxtəlif mövzular və əyləncə növləri üzrə bölünüb, müxtəlif yarışlar, interaktiv oyunlar təşkil olunub.
Eyni zamanda festival müddətində park ərazisində Ağcabədi Regional Mədəniyyət İdarəsi, Ağcabədi Rayon Gənclər və İdman İdarəsi, Ağcabədi rayonu üzrə Təhsil sektoru, Ağcabədi rayon Heydər Əliyev Mərkəzi və digər qurumların dəstəyi ilə uşaqlar üçün təşkil edilən idman, rəsm, rəqs, şahmat kimi müxtəlif yaradıcılıq guşələri və digər əyləncələr balacalara gözəl xatirəyə dönəcək anlar yaşadıb.
Tədbirin sonunda açıq havada piknik təşkil edilib.