Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi şəhər icra nümayəndəliyinin hesabat yığıncağı keçirildi

23 fevral 2024 | 11:32

22 fevral 2024-cü il tarixdə  Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının Ağcabədi Şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin 2023-cü ilin yekunları və qarşıda duran vəzifələr barədə hesabat yığıncağı keçirilib.

Ağcabədi Bayraq Muzeyində keçirilən  yığıncağa ərazidə fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələrinin üzvləri, Vətən müharibəsi əlilləri, Vətən müharibəsi iştirakçıları, şəhər sakinləri, YAP fəalları, fermerlər və ictimaiyyət nümayəndələri qatılıb.  Yığıncağın işində Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı  Rafil Hüseynov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri iştirak ediblər.

Öncə Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra yığıncağın sədri və katibi seçilib gündəlikdə duran məsələ təsdiq edilib, reqlament müəyyən olunub.

Bundan sonra Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının Ağcabədi Şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Fikrət Allahverdiyevin 2023-cü ilin yekunları və qarşıda duran vəzifələr barədə hesabatı dinlənilib. F.Allahverdiyev  ötən il ölkəmizdə görülən işlərdən, əldə edilən nailiyyətlərdən söz açıb. Eyni zamanda   son illər  Ağcabədidə aparılan tikinti, abadlıq və quruculuq işləri, yeni iş yerlərinin yaradılması və digər məsələlər haqqında məlumat verib.  Bildirilib ki, ötən il  Ağcabədi şəhəri Üzeyir Hacıbəyli prospektində yerləşən 359 saylı 4 mərtəbəli 36 mənzilli, 357 saylı 2 mərtəbəli 16 mənzilli, 69 saylı 5 mərtəbəli 51 mənzilli, Heydər Əliyev prospektində yerləşən 166 saylı 2 mərtəbəli 16 mənzilli, 128 saylı 5 mərtəbəli 50 mənzilli yaşayış binasında aparılmış və 2 mərtəbəli qonaq evinin dam örtüyü dəyişdirilmişdir.

2023-cü ildə  həmçinin küçə işiq dirəklərində sıradan çıxmış led lampalar yenisi ilə əvəz edilmiş, maqnit ötürücü və foto-relelər quraşdırılmışdır. Bunun nəticəsində artıq işıqlar avtomatik olaraq axşam vaxtlarında işə düşür, hava işıqlananda isə avtomatik olaraq sönür. Bununla bərabər, sıradan çıxmış yeraltı kabellərin dəyişdirilməsi işləri də davam etdirilmişdir.

Şəhərin Heydər Əliyev, Üzeyir Hacıbəyli, Zəfər prospektləri, Tofiq  İsmayılov, Ənnağı Bünyadov küçələrində işıqlandırma sistemi müasir led işıqları ilə əvəz edilmişdir.

Bununla yanaşı, ötən il şəhərdaxili küçə yollarına asfalt örtüyünün qoyulması işləri aparılmış, Heydər Əliyev prospekti, Tofiq İsmayılov, İsmət Qayıbov, Kamil Nəsibov, Xəlfərəddin, Nəsimi, Ənnağı Bünyadov, Sabir Novruzov küçələrində asfalt yolun salınması işləri yekunlaşmışdır.  Ağcabədi şəhər daxili küçələrdə 6900 m2 sahədə çala təmir işlərinin bir hissəsi başa çatdırılmışdır. Şəhərimizin küçələrinə ümumilikdə 43566 m2 asvalt yol salınması nəzərdə tutulmuşdur.

F.Allahverdiyev həmçinin Ağcabədi şəhərində su və kanalzasiya sistemləri çəkilən zaman yararsız vəziyyətə düşmüş bir sıra şəhərdaxili küçə yollarına asfalt salınması və digər işlər haqqında da ətraflı  məlumat verib, qarşıda duran vəzifələrdən danışıb.

Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının Ağcabədi Şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavini Mehman Novruzovun 2023-cü ildə vətəndaş müraciətlərinin icra vəziyyəti, təsərrüfatbaşına uçotun aparılması və elektron sistemə işlənməsi barədə hesabatı da dinlənildikdən sonra Ağcabədi bələdiyyəsinin sədri Solmaz Rəhimova, Ağcabədi Kommunal Xidmət və Mənzil İstismarı İdarəsinin rəisi Səfər Səfərov,  Ağcabədi Elektrik Şəbəkəsinin baş mühəndisi Fikrət Əhmədov,  rayon Ağsaqqallar Şurasının üzvü Tahir Kərimli, fermer Famil Quliyev çıxış ediblər.

Yekunda çıxış edən  Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov  hesabatların əhatəli olduğunu bildirib,  son illərdə şəhərdə həqiqətən  böyük abadlıq-quruculuq, geniş işıqlandırma  işlərinin aparıldığından söz açıb.  Yığıncaqda rayon rəhbəri  həmçinin şəhər sakinləri ilə qəbul keçirərək onların şikayət və təkliflərini dinləyib,  aidiyyatı üzrə tapşırıqlar verib.

  

 

Keçidlər