Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (02127) 164; (021) 275-48-06

Ağcabədi şəhər 2, 8, 9 və 11 saylı tam orta məktəbində “Uşaq və yeniyetmələrin hüquq və vəzifələri” mövzusunda maarifləndirmə tədbiri keçirilib

26 may 2025 | 18:16

Ağcabədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə  “Konstitusiya və suverenlik ili” çərçivəsində başladılan, rayonun ümumtəhsil məktəblərində həyata keçirilən “Uşaq və yeniyetmələrin hüquq və vəzifələri”  mövzusunda maarifləndirmə tədbirləri davam edir. May ayının 26 da daha bir neçə məktəbin şagirdləri ilə görüşlər keçirilib. Öncə Ağcabədi şəhər 11 nömrəli və 9 nömrəli tam orta məktəblərin şagirdləri ilə söhbətlər aparılıb. Görüşdə öncə Ağcabədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Sevinc Niftalıyeva çıxış edib.  O, rayonun bütün ümumtəhsil məktəblərini əhatə edən layihə haqqında ətraflı məlumat verib, uşaq və yeniyetmələrlə bağlı narahatlıq yaradan məqamlara toxunub, keçirilən tədbirlərin məhz bu cür narahatlıqların aradan qaldırılmasına xidmət etdiyini vurğulayıb. Sonra “Aran qəzetinin redaktoru Məhsəti Musa çıxış edib. O, ümumilikdə uşaq və yeniyetmələrin hüquq və vəzifələri ilə bağlı məlumat verib, onların təhsil almaq, sağlam yaşamaq, idmanla, incəsənətlə məşğul olmaq, istismar və zorakılıqdan qorunmaq kimi hüquqlarının olduğunu izah edərək təhsildən yayındırılma, erkən nikaha cəlb edilmə, zorakılığa məruz qalma və bu kimi hallarda qorxub çəkinməməyə, aidiyyəti ünvanlara müraciət etməyə çağırıb.

 “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin həkimi İradə Məmmədova erkən nikahların, qohum evliliklərinin və zərərli vərdişlərin insan sağlamlığı üçün zərərlərindən danışıb.

     Növbəti görüş Ağcabədi şəhər 2 və 8 saylı tam orta məktəblərinin şagirdləri ilə keçirilb.

 Burada da çıxışlar zamanı şagirdlərə onların hüquq və vəzifələri haqda ətraflı məlumat verilib,o cümlədən erkən nikahların fəsadları, onun vurduğu  psixoloji, fiziki, mənəvi zərbələr  geniş şəkildə izah olunub, yeniyetmələrimizin təhsilə, həmçinin müəyyən peşələrə  yiyələnməsi üçün çağırışlar edilib. 8 saylı tam orta məktəbin direktoru Anar Qasımov da layihə çərçivəsində görülən işlərin əhəmiyyətindən söz açıb, maarifləndirici görüşlərə görə təşkilatçılara öz minnətdarlığını bildirib. 

    Qeyd edək ki, görüşlər zamanı erkən nikahların qızlarımızın həyatına vurduğu zərbələrdən bəhs edən film nümayiş etdirilib. Yekunda şagirdlər öz hüquqlarını bilməyə çağıran, erkən nikahlara, zərərli vərdişlərə yox deyən şüarlar səsləndiriblər.

Keçidlər