Ağcabədi RİH-də su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbir keçirildi
Aprelin 10-da Ağcabədi Rayon İcra Hakimiyyətində aparatın məsul əməkdaşlarının, aidiyyəti dövlət qurumlarının, inzibati ərazi dairələri üzrə nümayəndələrin və bələdiyyələrin iştirakı ilə yığıncaq keçirilib.
Yığıncaqda rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov çıxış edərək, Prezident İlham Əliyevin “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzaladığını qeyd edib. R. Hüseynov bildirib ki, torpaqların suvarılması zamanı su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunması və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə xüsusi qərargah yaradılıb. O, hər bir ərazi vahidi üzrə müəyyən edilmiş suvarma qrafikinə riayət olunmasının, mütəmadi olaraq monitorinqlərin keçirilməsinin, həmçinin əkin sahələrinin vaxtında və normal suvarılmasının, suvarma suyunun əkin sahələrinə ədalətli, ərazilərin ölçülərinə görə və növbəlilik prinsipləri əsasında verilməsinin ciddi nəzarətdə saxlandığını bildirib. Qeyd olunub ki, su israfçılığına, habelə qrafikin pozulmasına yol verən şəxslər barədə qanunvericiliklə müəyyən edilmiş tədbirlər görüləcək.
Xatırladaq ki, qərərgah RİH başçısının 3 aprel 2023-cü il 94 nömrəli sərəncamına əsasən yaradılıb.