Ağcabədi rayonunda toxum–satış yarmarkası keçirilib
29 avqust tarixində Ağcabədi rayonunda Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin təşkilatçılığı ilə toxum sərgi yarmarkası keçirilib. Yarmarkada Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Aqrar Kredit və İnkişaf Agentliyinin müvafiq qurumlarının, Aqroservis Açıq Səhmdar Cəmiyyətinin, Dövlət Toxum Fondunun, Azərbaycan Toxumçular Assosiasiyasının əməkdaşları, elmi-tədqiqat institutları, toxum istehsalı və satışı ilə məşğul olan şirkətlər, yerli toxum istehsalçıları və fermerlər iştirak ediblər. 2022-ci ilin 18 avqust tarixindən respublikanın müxtəlif rayonlarında keçirilən toxum sərgi-satış yarmarkalrının keçirilməsində məqsəd yerli toxum bazasının formalaşması, payız əkinləri ərəfəsində sertifikatlı toxuma olan təlabatın ödənilməsi, toxum istehsalçıları ilə fermerlər arasında birbaşa münasibətin qurulmasına köməklik etməkdir. Sərgidə yerkökü, soğan, xiyar, pomidor, kələm, çuğundur toxumları ilə yanaşı eyni zamanda, yüksək repreduksiyalı pambıq, yonca, habelə yüksək ərazqlıq keyfiyyətinə malik olan buğda və arpa sortları da yer alıb.
Aqrar Xidmətlər Agentliyinin təşkil etdiyi toxum sərgi–yarmarkasında kənd təsərrüfatı işlərində əkin proseslərini həyata keçirən müasir texnikalar və zərərvericilərə qarşı istifadə olunan bəzi avadanlıqlar da nümayiş etdirilib. Daha sonra Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Aqrar Xidmətlər Agentliyinin sədri Mirzə Əliyev, yarmarkada iştirak edən mütəxəssislər və fermerlər yarmarkaya baxış keçiriblər.