Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda şura iclası keçirilib

16 sentyabr 2022 | 10:43

Sentyabrın 14-də Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı yanında Şura iclası keçirilib. İclasda  rayon İcra Hakimiyyəti başçısı yanında Şura üzvləri, Qarabağ Regional Təhsil İdarəsinin müdir müavini Anar Məcidov, məktəb direktorları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

İcra başçısı Rafil Hüseynov  Şura iclasını açıq elan edib.

Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Sevinc Niftalıyevanın məsələ ilə bağlı geniş məruzəsi dinlənildikdən sonra Ağcabədinin ümumi təhsil məktəblərində 2021-2022-ci tədris ilinin yekunları və qarşıda duran vəzifələr barədə məsələ müzakirə olunub.

Keçidlər