Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (02127) 164; (021) 275-48-06

Ağcabədi rayonunda şəhər daxili yolların yenidən qurulması və asfaltlanması istiqamətində işlər davam etdirilir.

13 noyabr 2025 | 17:34

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov görülən işləri nəzarətdə saxlayır və iş prosesi ilə yaxından tanış olmaq üçün növbəti dəfə həmin ərazilərə baxış keçirib. Məlumat üçün qeyd edək ki, şəhərin bir sıra küçələrində — o cümlədən Həmidə Məmmədquzadə - dalan 1, dalan 2-də, Yaqub Məmmədov, Üzeyir Hacıbəyli prospekti- dalan 1-də, Rasim Tağıyev, Tofiq İsmayılov, Qamboy Abbasov, Xəlfərəddin – dalan 1, dalan 2, və Cəfər Cabbarlı – dalan 1 küçələrində asfalt örtüyü çəkilir. İşlərin birinci mərhələsində bütün yollar asfaltlanmaya hazır vəziyyətə gətirilib. Çökəkliklərin doldurulması, narın və digər materialların tökülməsi, yolların hamarlanması təmin olunub. Hazırda isə əsasən asfaltlama işlərinə başlanılıb və bir neçə küçədə işlər artıq yekunlaşıb.

Layihə çərçivəsində indiyədək 12 min kvadratmetr sahəyə asfalt örtüyü salınıb. Eyni zamanda Avtoyol təmir-tikinti şirkəti tərəfindən küçələrdə səliqə-sahman işləri də aparılır: yol kənarları təmizlənir, zibil və alaq otları yığışdırılır. Şirkət görülən işlərdə məsuliyyət və keyfiyyətə xüsusi önəm verir.

Hazırda hava şəraitindən maksimum istifadə olunaraq proses sürətlə davam etdirilir. Yaxın günlərdə işlərin tam başa çatdırılması planlaşdırılır. Layihənin uğurla həyata keçirilməsi nəticəsində Ağcabədi şəhər yollarının müasir və komfortlu vəziyyətə gətirilməsi əsas hədəfdir.

Keçidlər