Ağcabədi rayonunda qanvermə aksiyası keçirilib
2005-ci ildə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə başladılan “Talassemiyasız həyat naminə” proqramı əsasında ölkəmizdə ənənəvi olaraq qanvermə aksiyaları keçirilir.
Növbəti aksiyalardan biri sentyabrın 7-də Ağcabədidə təşkil olunub. Səhiyyə Nazirliyinin Milli Hematologiya və Transfiziologiya Mərkəzinin Mərkəzi Qan Bankı tərəfindən rayon Mərkəzi Xəstəxanasında təşkil olunan aksiyada Ağcabədi Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, idarə, müəssisə və təşkilatların kollektivləri, sakinlər iştirak ediblər.
Aksiyaya Mərkəzi Qan Bankının 2 həkim, 2 laborant, 3 tibb bacısı və 1 qeydiyyatçısı cəlb edilib. Əvvəlcə donorlar müayinə olunub, sonra onlardan qan götürülüb.
Toplanan qan talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkən şəxslər üçün istifadə olunacaq.
Könüllülük prinsipi əsasında keçirilən aksiyada nəfər iştirak edib.
Qeyd edək ki, Mərkəzi Qan Bankı tərəfindən qanvermə aksiyasında fəal iştirakına görə Ağcabədi Rayon İcra Hakimiyyətinə və rayon Mərkəzi Xəstəxanasına təşəkkürnamələr təqdim olunub.