Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (02127) 164; (021) 275-48-06

Ağcabədi rayonunda pambıq zərərləri üzrə sığorta ödənişləri 400 min manatı keçib.

30 may 2025 | 09:09
Aqrar Sığorta Fondunun nümaynədələri Ağcabədi rayonunda pambıq əkini ilə məşğul olan fermerlərlə görüşlər keçirib.
Görüşlərdə fermerlər və yerli icra qurumları aqrar sığorta mexanizmi haqqında məlumatlandırılıb, Aqrar Sığorta Fondunun (ASF) xidmət və məhsulları təqdim edilib. Xüsusilə pambıq bitkisinin sığorta şərtləri, pambığın sığortalandığı hallar, zərər baş verdikdə sığorta ödənişi prosesi barədə ətraflı məlumat verilib.
Yerli icra hakimiyyətinin dəstəyi ilə təşkil edilən görüşlərdə ölkənin əsas pambıqçılıq şirkətlərindən olan "Prime Cotton" MMC-nin nümayəndələri də iştirak edib.
Sığorta haqqının 50%-ni isə fermerlərə dəstək məqsədilə dövlət ödəyir. Nəticədə Ağcabədi rayonunda 40 sentner pambıq məhsulu gözlənilən 1 hektar sahənin sığortalanması fermerə cəmi 29 manata başa gəlir. Bu – pambıq sahəsindən yığılan məhsulun dəyərinin 1%-dən də azdır.
Ağcabədi rayonunda sığortalanan pambıq sahələri genişləndikcə, zərərlər nəticəsində aqrar sığorta ödənişləri də artmaqdadır. Belə ki, 2022-ci ildə Ağcabədi rayonunda pambıq sığortası üzrə 60 min manat sığorta ödənişi həyata keçirildiyi halda, 2023-2024-cü illərdə bu məbləğ 180-190 min manata yüksəlib.
Nəticədə son 3 il üzrə Ağcabədi rayonu üzrə pambıq fermerlərinə edilən ödənişlər 430 min manata yaxınlaşır.
Görüşlərdə fermerlər bir sıra mühüm məsələlər, o cümlədən pambıq sahələrinin sel-subasma və leysan riskindən sığortası, eləcə də pambığın sığorta tarifləri ilə bağlı suallar səsləndiriblər. Bütün suallar ətraflı cavablandırılıb, fermerlərə zəruri izahlar verilib.
Keçidlər