Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (02127) 164; (021) 275-48-06

Ağcabədi rayonunda nümunəvi mülki müdafiə məşqi keçirilib

24 sentyabr 2026 | 17:24

Ağcabədi rayonunda nümunəvi mülki müdafiə məşqi keçirilib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin təşkilatçılığı ilə Ağcabədi rayonunda hərbiləşdirilməmiş ərazi mülki müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış üzrə nümunəvi mülki müdafiə məşqi keçirilib.

Məşqdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin əməkdaşları, rayon Fövqəladə Hallar Komissiyasının üzvləri, mülki müdafiə qərargahı, mülki müdafiə xidmətləri, ərazi və obyekt mülki müdafiə dəstələrinin şəxsi heyəti, idarə, müəssisə və təşkilatların rəhbərləri, eləcə də aidiyyəti şəxslər iştirak ediblər.

Nümunəvi məşq “Fövqəladə hadisələr zamanı hərbiləşdirilməmiş ərazi mülki müdafiə qüvvələrinin xəbərdarlıq və toplanış siqnalı üzrə fəaliyyəti” mövzusunda keçirilib.

Məşqə ümumilikdə 39 ədəd texnika və 148 nəfər şəxsi heyət cəlb olunub.

Keçirilən məşqin əsas məqsədi fövqəladə hadisələr zamanı mülki müdafiə qüvvələrinin fəaliyyətə hazırlıq səviyyəsinin yoxlanılması, idarəetmənin və qarşılıqlı fəaliyyətin təşkili, şəxsi heyətin xəbərdarlıq və toplanış siqnalı üzrə fəaliyyətinin təkmilləşdirilməsi, eləcə də fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı çevik və əlaqələndirilmiş fəaliyyətin təmin edilməsindən ibarət olub.

Məşq zamanı mülki müdafiə qüvvələrinin xəbərdar edilməsi və toplanması, şəxsi heyətin və texnikanın hazırlıq vəziyyətinə gətirilməsi, müəyyən edilmiş toplanış məntəqəsinə çıxış, idarəetmə və qarşılıqlı fəaliyyətin təşkili ilə bağlı praktiki tədbirlər həyata keçirilib.

Tədbirin sonunda məşqin nəticələri müzakirə olunub, aşkar edilmiş çatışmazlıqlar diqqətə çatdırılıb və onların aradan qaldırılması ilə bağlı müvafiq tapşırıqlar verilib.

Keçirilən nümunəvi mülki müdafiə məşqi rayon ərazisində fövqəladə hallara hazırlığın, mülki müdafiə qüvvələrinin fəaliyyət qabiliyyətinin və aidiyyəti qurumlar arasında qarşılıqlı fəaliyyətin daha da təkmilləşdirilməsinə xidmət edir.

Keçidlər