Ağcabədi Rayonunda növbəti layihə keçirilib
28 noyabr 2022 | 16:39
Bu günlərdə “Məktəblərdə zorakılıq hallarının qarşısının alınması üçün tədbirlər” adlı layihənin açılış mərasimi keçirilib. Ü.Hacıbəyov adına şəhər 7 saylı tam orta məktəbində təşkil olunan tədbirdə rayon icra hakimiyyətinin, təhsil sektorunun əməkdaşları, QHT nümayəndələri və sözügedən məktəbin müəllimləri iştirak ediblər.
Tədbirdə çıxış edən layihə rəhbəri Lalə Hüseynova iştirakçılara layihə haqqında geniş şəkildə məlumat verib. Qeyd olunub ki, burada əsas məqsəd məktəb və valideynlər arasında qarşılıqlı əməkdaşlığın qurulması, maarifləndirici görüşlərin və tədbirlərin keçirilməsidir.
Xatırladaq ki, layihə Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinin qalibi olub.