Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (02127) 164; (021) 275-48-06

Ağcabədi rayonunda çiyid səpini işlərinə start verildi.

17 aprel 2026 | 17:44
Aprelin 17-də Ağcabədi rayonunda pambıq əkini üçün nəzərdə tutulmuş sahələrdə çiyid səpininə başlanılmışdır. “Prime Cotton” MMC-nin Ağcabədi filialı ilə müqavilə bağlamış fermer Məmməd Axundovun, eləcə də “AzərPambıq Aqrar Sənaye Kompleksi” MMC-nin Ağcabədi filialı ilə əməkdaşlıq edən, III dərəcəli Əmək Ordenli fermer Famil Quliyevin təsərrüfat sahələrində səpin işlərinə start verilmişdir.
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov səpin prosesi ilə yerində tanış olmaq məqsədilə ərazilərə baş çəkmiş, prosesi izləyərək pambıqçılarla fikir mübadiləsi aparmışdır. Ümumilikdə 32 və 83 ha ərazilərdə “Fiona”, eləcə də “1010” və “Ramzes” çiyid sortları səpən hər iki təcrübəli fermerin bu il məhsulla bağlı gözləntiləri yüksəkdir.
Qeyd edək ki, səpin zamanı sahələrdə tam işlək vəziyyətdə olan texnikalardan, o cümlədən texniki baxışdan keçirilən müxtəlif çiləyici texnikalardan istifadə olunur. Hava şəraiti əlverişli olarsa səpin proseslərinin yaxın günlərdə yekunlaşdırılması nəzərdə tutulur.
Keçidlər