Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (02127) 164; (021) 275-48-06

Ağcabədi rayonunda aqrar sahədə subsidiya mexanizmi ilə bağlı maarifləndirici görüş keçirilib.

30 aprel 2026 | 09:58

Ağcabədi rayonunda aqrar sahədə subsidiya mexanizmi ilə bağlı maarifləndirici görüş keçirilib.


Azərbaycan Respublikasında aqrar sahədə yeni subsidiya mexanizminin tətbiqi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində Ağcabədi rayonunda fermerlərlə görüş təşkil olunub.Görüş Azərbaycan Respublikası Prezidentinin “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Fərmanının 8-ci bəndinə uyğun olaraq baş tutub. Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) nümayəndələri, kənd inzibati ərazi dairələri üzrə nümayəndələr və fermerlər iştirak ediblər.


Görüş zamanı fermerlərin subsidiya ilə bağlı müraciətlərinin “Subsidiya” informasiya sisteminə daxil edilməsi qaydaları, sistemdən istifadə imkanları, eləcə də dövlət dəstəyi mexanizmləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, yerli icra hakimiyyəti nümayəndəlikləri fermerlərin müraciətlərinin sistemə daxil edilməsində və bu sahədə maarifləndirmə işinin təşkilində fəal iştirak edirlər.
Tədbir çərçivəsində iştirakçıları maraqlandıran suallar cavablandırılıb, qarşıya çıxan problemlərin operativ həlli istiqamətində müvafiq tövsiyələr verilib.


Qeyd olunub ki, aqrar sahədə tətbiq edilən yeni subsidiya mexanizmi fermerlərin fəaliyyətinin daha da stimullaşdırılmasına, kənd təsərrüfatının inkişafına və şəffaflığın artırılmasına mühüm töhfə verir.

Keçidlər