Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (02127) 164; (021) 275-48-06

Ağcabədi rayonunda “20 Yanvar – Ümumxalq Hüzn Günü” ilə bağlı Anım tədbiri keçirilib.

20 yanvar 2026 | 16:48

Yanvarın 20-də Ağcabədi rayonunda “20 Yanvar – Ümumxalq Hüzn Günü” ilə bağlı Anım tədbiri keçirilib. Ağcabədi Qəhrəmanlar parkında baş tutan mərasimdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, hüquq mühafizə orqanları, YAP Ağcabədi rayon təşkilatının rəhbərliyi, habelə idarə, müəssisə, təşkilat kollektivləri, şəhid ailələri, qazilər, rayon ictimaiyyəti və rayon ərazisində yerləşən “N” saylı hərbi hissələrin bir qrup əsgər və zabit heyəti iştirak ediblər.

Tədbirdə Ağcabədi Cümə məscidinin axundu Röya Balayev şəhidlərin ruhuna dualar oxuyub. İcra başçısı Rafil Hüseynov və rayon sakinləri şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksini, bu müqəddəs məkanda uyuyan şəhid məzarlarını, eləcə də Vətən qəhrəmanlarının xatirəsinə yeni inşa olunmuş xatirə lövhələrini  ziyarət edərək önünə tər çiçəklər düzüblər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölkə üzrə olduğu kimi Ağcabədidə də 20 Yanvar şəhidlərinin xatirəsi saat 12:00-da bir dəqiqəlik sükutla yad olunub.

Keçidlər