Ağcabədi rayonu üzrə barama təhvili davam edir.
Barama üzrə məhsul AZ.SİLK MMC-nin nümayəndəliyi tərəfindən Ağcabədi Dövlət Aqrar İnkişaf mərkəzində qəbul edilir. Belə ki, bu il rayon üzrə 700 qutu ipəkqurdu götürülüb. Gözlənilən 28 ton əvəzinə iyunun 2-ə olan nəticəyə görə 29, 22 ton barama təhvil verilib ki, bu da qarşıya qoyulan tapşırıqdan 1 ton 22 kiloqram çoxdur. Barama təhvilində xüsusi fəallıq göstərən kəndlərdən Pərioğullar, Nəcəfqulubəyli, Kəbirli, Köyük, Hüsülü, Hacılar, Aşağı Avşar, Boyat, Qaradolaq, Şahsevən, Təzəkənd, Cəfərbəyli, Gələbədin kəndləri və Ağcabədi şəhərini misal çəkmək olar. Adları çəkilən ərazi vahidləri rayon səviyyəsindən yuxarı olan barama təhvilində xüsusi fərqlənən ərazilərdir. Hər ipəkqurdundan 40 kiloqram gözlənildiyi halda rayon üzrə bu tapşırıq 41,15 kiloqram təşkil edir. Müqayisə üçün deyək ki, ötən il rayon üzrə 850 qutu ipəkqurdu saxlanılmış, hər qutudan 38, 9 kiloqram məhsul götürülmüşdür.