Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayon Yanğından Mühafizə Hissəsində təlim keçirilib

16 iyul 2023 | 09:19

Fövqəladə Hallar Nazirliyi Qarabağ Regional Mərkəzinin təşkilatçılığı ilə Dövlət Yanğından Mühafizə Xidməti Ağcabədi rayon Yanğından Mühafizə Hissəsində “Fövqəladə halların nəticələrin aradan qaldırılması zamanı qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin həyata keçirilməsi” mövzusunda birgə təlim keçirilib.

Təlimin keçirilməsində məqsəd fəaliyyət planlarında nəzərdə tutulan tədbirlərin reallığının yoxlanılması, fövqəladə hallarla mübarizə zamanı operativliyin yüksəldilməsi, qərargah fəaliyyətinin təkmilləşdirilməsi üzrə tədbirlərin müəyyən edilməsi və komandir-rəis heyətinin idarəetmə sahəsində bilik və bacarıqlarının artırılması olub.

Təlim nəzəri və praktiki olmaqla iki hissədən ibarət olub.

Nəzəri hissədə baş vermiş şərti fövqəladə hadisə barədə kəşfiyyat məlumatlarının təhlili, rəhbər heyət tərəfindən qüvvələrin idarə edilməsi və qərarların qəbul edilməsi, hesabat və məlumat sənədlərinin hazırlanması üzrə fəaliyyətlər həyata keçirilib.

Təlimin praktiki hissəsində isə şərti olaraq baş vermiş “yanğın” qısa müddətdə “söndürülüb”, “zərərçəkmişlərin” təxliyəsi həyata keçirilib.

Uğurla reallaşdırılan məşqdən sonra əldə edilən nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib

Keçidlər